Sabiq MTN əməkdaşı hakim qarşısında

4 İyul 2018 - 08:21
117 oxunma

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org-un əməkdaşının verdiyi xəbərə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, T.Rəcəbov 1998-ci ildən 2002-ci ilə qədər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub. T.Rəcəbov hazırda bizneslə məşğul olduğunu bildirib. Məhkəmənin baxış iclası iyulun 11-ə təyin edilib.

İttihama görə, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir. Həmin pulun qarşılığında T.Həsənovun torpaq sahəsini sənədləşdirməsini vəd etsə də vədinə əməl etməyib. T.Rəcəbov barəsində həbs qətimkan tədbiri seçilməyib. T.Rəcəbov qızıl biznesi ilə məşğul olub.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İş adamı T.Rəcəbov daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb və hədə-qorxu və təzyiqlərə məruz qalıb. T.Rəcəbov MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Xatırladaq ki, T.Rəcəbov xüsusi xidmət orqanının ehtiyatda olan polkovnikidir.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - [email protected]



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - [email protected]

Giriş | Hazırladı "Qurdqanlı Design"