04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SABİQ İCRA BAŞÇISINA ŞOK İTTİHAMLAR – Vəzifələrə kimləri yerləşdiribmiş?

12 İyun 2018, 09:54
Gündəm, Manşet
A A
SABİQ İCRA BAŞÇISINA ŞOK İTTİHAMLAR – Vəzifələrə kimləri yerləşdiribmiş?

“İyunun 7-də cənab Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılan Tovuz rayonunun icra başçısı Tofiq Zeynalov kasıb və problemləri boğazdan aşan bir rayon qoyub getdi. 11 illik rəhbərliyi dövründə rayona dövlətin ayırdığı vəsaitləri təyinatından yayındırmaqla, eləcə də insanların torpaqlarını ələ keçirərək nemətlərini mənimsəməklə, kəndli təsərrüfatlarına və sahibkarlara ağır zərbə vurmaqla yadda qaldı”.

Bu fikirlər Tovuz rayon sakini Rüfət Hüseynovun “AzPolitka.info”ya göndərdiyi şikayət məktubundandır.

Sabiq icra başçısını rayonun sərvətlərini mənimsəməkdə ittiham edən məktub müəlifi yazır: “Tofiq Zeynalov rayonu tamamilə özəlləşdirmiş, «ailə təsərrüfatı”na çevirmişdi. Vəzifəyə savadsız, bacarıqsız qohumlarını təyin etməklə, Tovuzdakı bütün maliyyə mənbələrini öz nəzarəti altında saxlayırdı. Ən yaxın qohumu Mahir Həsənovla birgə (M.Həsənov 2 il əvvəl Zeynalovla sərvətlərin bölgüsündə çığallıq etdiyinə görə vəzifədən uzaqlaşdırılıb) Tovuzun gələcək inkişafına da zərbə vurub”.

Məktubda bildirilir ki, T.Zeynalov yaxın qohumu Mübariz Salmanovu rayon Maliyyə İdarəsinin rəhbəri təyin etdirib. Bundan sonra isə büdcədən təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatlara ayrılan pullar dağıdılıb: “Uşaq bağçalarına ayrılmış vəsaitlər talanıb. Tovuzda bağçaların təminatı və təmiri üçün ayrılan bütün vəsaitlər də mənimsənilib. Bağçaların vəziyyəti isə acınacaqlıdır. Xüsusi ilə də kənd bağçaları. Onlarda faktiki olaraq antisanitariya hökm sürür. Amma sənədlərə baxılarsa, bağçaların təminatı və təmiri ən yüksək səviyyədədir. Bütün bu rəzalətin baş verməsinin səbəbkarı isə Tofiq Zeynalovla yaxın qohumu, Maliyyə İdarəsinin müdiri Mübariz Salmanov olublar”.

Məkdubda daha sonra iddia olunur ki, icra başçısının yaratdığı şərait nəticəsndə bir neçə nəslin nümayəndəsi Tovuza ayrılan bütün maliyyə vəsaitlərini mənimsəyib və nəticədə dövlət büdcəsinə hər il külli miqdarda ziyan vurulub:“Rayon məktəblərinə təmir üçün ayrılmış pullar da göyə sovrulub. Rayonda rabitə müəssisələri, telefon çəkilişi üçün ayrılmış vəsaitlər mənimsənilib. Yaxın qohumu – 10 ilə yaxın Tovuz Telekommunikasiya Qovşağının rəhbəri işləmiş, hazırda Tovuz şəhər icra nümayəndəsi işləyən Yaşar İbrahimovla birgə rayonun rabitə təsərrüfatını darmadağın edib. Rayonun kəndlərində telefon dirəkləri aşıb, sakinlər özləri birtəhər öz pulları ilə dirəkləri və xəttləri təmir etdirir. Yaşar İbrahimov hazırda həbsdə olan keçmiş rabitə məmurlarının xeyir-duası ilə təmir, tikinti, təchizat üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəyib”.

1494917638_1494910649_0001

Məktubda həmçinin qeyd edilir ki, Tofiq Zeynalov rayonda özü üçün iri fermer təsərrüfatları yardıb: “Ancaq işçilərə pul verməmək üçün yaxşı metod icad edib. Məktəb müəllimlərini, səhiyyə işçilərini, bağça işçilərini zor gücünə tütün, üzüm plantasiyalarında pulsuz qul kimi işlədib. Onun bu zorakılığına qarşı çıxanları isə işdən qovduracağı ilə hədələyib”.

Şikayətçinin yazdığına görə, Zeynalov və qohumları rayonda kənd təsərrüfatına ciddi zərbə vurublar: “Tovuz həmişə kənd təsərrüfatı rayonu kimi məşhur olub. Ancaq Zeynalov və qohumları rayondakı insanların təsərrüfatlarını da viran qoyub. Onlara təsərrüfatlarını suvarmaq üçün su verməyib, suvarma sistemlərini özünün, qudasının, yeznə və digər qohumlarının hektarlarına yönəldib. 20-dən çox kəndi su ilə təmin edən Zəyəm çayını ağzını kəsərək özü üçün balıqçılıq təsərrüfatı, çimərlik və istirahət mərkəzləri yaradıb. Əhmədabad kəndində çayın qarşısında böyük çimərlik yaradıb və çimərliyin “otxod” suları insanlara verilib”.

Məktubda qeyd olunur ki, Tovuzdakı yeyintiləri Hesablama Palatası da öz audit tədbirləri zamanı aşkar edib: “Palata Tovuz rayonunda keçirdiyi audit tədbirləri zamanı büdcə vəsaitlərinin funksional təyinatının dəyişdirilməsi hallarına yol verildiyini müəyyən edib”.

Məktubda səslənən ittihamlarla bağlı Tofiq Zeynalov və adları çəkilən digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

REPORTYOR.info

Əvvəlki yazı

Əbülfəz Elçibəyin yanan bağ evi dağılmaq üzrədir – VİDEO, FOTOLAR

Sonrakı yazı

Deputatlar bu gün növbədənkənar iclasa toplaşır

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.