08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“SABİQ DEPUTAT TORPAĞIMIZI ZORLA ƏLİMİZDƏN ALIB…” – “İcra başçısı da onun qarşısında aciz qaldığını etiraf etdi”

12 Dekabr 2018, 12:13
Cəmiyyət
A A
“SABİQ DEPUTAT TORPAĞIMIZI ZORLA ƏLİMİZDƏN ALIB…” –  “İcra başçısı da onun qarşısında aciz qaldığını etiraf etdi”

Beyləqanın sabiq deputatı Ayaz Orucov  ilə icra hakimiyyətinin və hüquq-mqhafizə orqanlarının bacarmadığı iddia olunur

“AzPolitika”ya müraciət edən Beyləqan Rayonu Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu rayonun sabiq deputatı Ayaz Orucov tərəfindən mülkiyyət hüququnun kobud şəkildə pozulduğunu iddia edib.

R.Əliyev məktubunda bildirir ki, 2014-cü ildə Beyləqan şəhərinin mərkəzində yerləşən və hüquqi sənədlərlə ona məxsus olan 0,2 hektar torpaq sahəsi qanunsuz olaraq, deputat tərəfindən ələ keçirilib: “2014-cü ildən Beyləqan rayonunun sabiq deputatı Ayaz Orucov Beyləqan şəhərinin mərkəzində yerləşən, bizim ailəyə məxsus olan, Əmlakın Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyatda olan 0,20 ha torpaq sahəmizi tutduğu vəzifədən sui istifadə edərək zorla əlimizdən alıb”.

Şikayətçi bildirir ki,deputat həmin torpaq sahəsini özünə aid böyük imarətin yer aldığı 1 hektar əraziyə qatıb. Ancaq R.Əliyevin bildirdiyinə görə, həmin imarətin özünün yerləşdiyi 1 hektar ərazi də qanunsuz olaraq zəbt edilib və əslində burada musiqi məktəbi tikilməli imiş: “Halbuki, hətta onun özü üçün imarət tikdirdiyi torpaq sahəsinə aid heç bir hüquqi sənədi yoxdur. Çünki həmin torpaq sahəsi Beyləqan rayon İcra Hakimiyyətinin qərarı ilə musiqi məktəbi tikilməsi üçün ayrılmışdır.”

R.Əliyev ona tam mülkiyyət hüququ verən sənədlərlə rayon icra hakimiyyətinə, prokurorluğa və polis idarəsinə müraciət etsə də, heç bir qurumun deputatla bacarmadığını iddia edir: “Bununla bağlı polis rəisinin, rayon prokurorunun qəbulunda olduq. Onlar bizim sənədlərimizi yoxlayaraq, haqlı olduğumuzu lakin deputat barədə heç bir tədbir görə bilməyəcəklərini bildirdilər. Keçmiş icra başçısı Vaqif Abdullayevin qəbulunda bununla bağlı dəfələrlə olmuşuq. Hətta keçən il icra başçısı mülkümüzün oliqarx Ayaz Orucovdan alınıb özümüzə qaytarılması barədə müavinlərinə göstəriş də verdi”.

Şikayətçinin dediyindən belə çıxır ki, rayonun polis rəisi də onun qanuni sənədlərini yox, deputatın nüfuzunu üstün tutub: “Biz qanunla özümüzə aid olan torpaqda müəyyən işlər aparmaq istərkən, Beyləqan rayonunun keçmiş polis rəisi Fizuli Şixəliyev və Ayaz Orucovun rayonun İcra Hakimiyyətində müavin işləyən dostu Məhəmməd Qələndərov deputatın qohumları ilə birgə əraziyə gələrək, buranı təcili tərk etməmizi tələb etdilər. Mülkiyyətə aid dövlətimizin bizə verdiyi hüquqi sənədlərə baxan polis rəisi onların qanuni olması ilə razılaşsa da, buna baxmayaraq, yenə də ərazini tərk etməyimizi istədi. Və Ayaz Orucovla razılığa gəlməmizin vacib olduğunu dedi. Əks təqdirdə, yəni, ərazidən çıxmayacağımız halda bizi həbs edərək polis şöbəsinə aparacaqlarını bildirdi. Biz də çarəsiz qalıb sənədli torpağımızı hədə-qorxu qarşısında tərk etdik.”

R.Əliyev hətta icra başçısının deputatın qarşısında aciz qaldığını etiraf etdiyini söyləyir: “Yenidən keçmiş icra başçısı Vaqif Abdullayevin qəbuluna getdik. O, bizi dinlədikdən sonra bildirdi ki, mən bacardığım qədər hüququnuzun bərpasına çalışdım, amma gördüyünüz kimi Ayaz Orucova gücüm çatmır, gedin məsələnizi mərkəzi orqanlarda həll edin.”

Şikayətçi sonda bildirir ki, yuxarı instansiyalara göndərdiyi şikayətlər də ciddi nəticə verməyib və hazırda öz qanuni torpağından məhrum olunub. Müvafiq dövlət qurumlarından əlini üzdüyünü bildirən R.Əliyev heç olmasa saytımız vasitəsilə bu haqsızlığın ölkə rəhbərliyinə çatdırılmasını istəyir və onun hüququnun bundan sonra bərpa edilməsinə ümidli olduğunu qeyd edir.
“AzPolitika”nın Ayaz Orucovla əlaqə yaratmaq cəhdləri baş tutmasa da, saytımız sabiq deputatın mövqeyini dərc etməyə hazırdır.

Cəlal
AzPolitika.info

1

2345678

 

Əvvəlki yazı

Prezident və ailəsi Fəxri xiyabanda – FOTO

Sonrakı yazı

Qrantlara nəzarəti bu iki qurum həyata keçirəcək – MÜHÜM DƏYİŞİKLİK

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.