Sabahın hava PROQNOZU açıqlandı

17 Noyabr 2019 - 13:16
53 oxunma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb.

Qurumdan Reportyor.info-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-8° isti, gündüz  11-15° isti, Bakıda gecə 4-6° isti, gündüz  13-15°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 55-65  % olacaq.

Noyabrın 18-də Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə  və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz  11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"