“SABAHDAN KÜTLƏVİ İTAƏTSİZLİYƏ BAŞLAYIRIQ!” – Saakaşvili təslim olmur

29 Noyabr 2018 - 12:46
157 oxunma

“Seçkilərin nəticələrinə baxmayaraq, sabahdan kütləvi itaətsizliyə başlayırıq”.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının lideri, ölkənin sabiq prezidenti Mixeil Saakaşvili videomüraciətində deyib.

O, bildirib ki, Gürcüstan cəmiyyəti təhlükələri anlamalı və ölkəni qorumalıdır: “Mən Gürcüstan polisini və ordusunu cinayətkar və mafiya dəstəsindən uzaq durmağa çağırıram. Bir yerdə olmalı və Gürcüstanın taleyi barədə düşünməliyik. Mən birliyə çağırıram və biz mütləq qalib gələcəyik”.

M.Saakaşvili Gürcüstanda növbədənkənar parlament seçkiləri tələbi ilə aksiyalar keçirməyə çağırıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"