Saatlı şefinin oğlu Kanadada ev alıb – Foto

3 Sentyabr 2019 - 09:57
761 oxunma

 

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü aşkarlanıb.
Reportyor.info xəbər verir ki, Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadanın paytaxtı Torontonun “North York” bölgəsində  şirkəti və mülkü var. İcra başçısının oğlunun Kanadadakı mülkünün 1 milyon 300 min dollar olduğu göstərilir.

Qeyd edək ki, ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Saatlının icra başçısı Nazim İsmayılov və ailə üzvləridir.
2001-ci ildən Göyçay, Şamaxı, Sabirabad rayonlarını idarə edən və hazırda Saatlı rayonlarına başçılıq edən Nazim İsmayılovun bu və digər yollarla topladığı milyonları və mülkləri barədə ölkə mətbuatında təkzib olunmayan məlumatlar dərc olunub.
Həmin məlumatlarda qeyd olunur ki, icra başçısının Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri var.

Anar İsmayılovun Kanada biznesi ilə bağlı araşdırmamız davam edir.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"