Şərqdə yeni müsəlman dövləti qurulur: Türkiyə birləşəcək və Ərdoğan

2 İyul 2018 - 00:42
685 oxunma

“Sudan ilə Türkiyə birləşəcək və tək bir ölkə olacaq. Bu ölkənin adını da “Türkdan” qoyacağıq. Birinci paytaxtı İstanbul, ikinci paytaxtı Xartum olacaq. Bizə isə Ərdoğan liderlik edəcək”.

Publika.az xəbər verir ki, bu sözləri sudanlı araşdırmaçı, yazar və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 40 illik dostu Fateh Əli Həsəneyn deyib.

Yeni Türkiyə ilə yeni bir əsrin başlandığını söyləyən Fateh Əli bu uğurun sadəcə Ərdoğana deyil, bütün İslam coğrafiyasına aid olduğunu bildirib. Onun sözlərinə görə, İslam aləmini ayağa qaldıracaq və bir dam altında toplayacaq insan da məhz Ərdoğandır:

“Hər hansı bir təşkilatlanma olmadan minlərlə avtomobil küçələrə çıxdı. İnsanlar bir anda meydanı doldurdu. Əllərində türk və Sudan bayrağı daşıyanlar Türkiyəyə sevgilərini hayqırdılar. Ərdoğan İslam aləminin ümidi və lideridir. Dünyada hürriyyət, ədalət və bərabərlik istəyən bütün müsəlmanlar onun bayrağı altında toplanacaq. ABŞ və Avropa müsəlman qaçqınların həyatını çətinləşdirmək üçün yeni qərarlar qəbul edir. Onlar müsəlmanı vətəndaş olaraq yox, kölə olaraq görürlər. Əxlaqi, dini, adəti, şəxsiyyəti olmayan fərdlər istəyirlər. Ancaq Türkiyə bu günə qədər milyonlarla insana qapısını açdı”.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"