13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sərdar Cəlaloğlu: “Müxalifət real birliyin qarşısını aldı”

13 Noyabr 2019, 10:54
Siyasət, Seçmə
A A
Sərdar Cəlaloğlu: “Müxalifət real birliyin qarşısını aldı”

Müsavat Partiyasının keçirdiyi dəyirmi masada keçmiş nazir Əli İnsanovun iştirakı onu sanki siyasi reanimasiyadan çıxarmış oldu. İlk dəfəydi ki, sabiq nazir praktik siyasi addım atması ilə nəzərləri özünə yönəltdi.

Hətta həmin dəyirmi masanın əsas fiqurantına çevrildi desək yalan olmaz. Baxmayaraq ki, orada Müsavat başqanı Arif Hacılı, AXCP lideri Əli Kərimli, Müsavatın keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, AXP sədri Pənah Hüseyn iştirak edirdilər, lakin Ə.İnsanov dəyirmi masanın başında görünürdü.

Üstəlik, martda verilmiş əfv fərmanı ilə azadlığa çıxmış eks-nazir o gündən bu yana yalnız adda-budda müsahibələri, səs-küy doğurmayan çıxışları ilə diqqət çəkməyə çalışırdı.

Müsavat Partiyasının qərargahına gəlişi isə İnsanovun siyasi reanimasiyası kimi nəticələndi.

Siyasi şərhçilər arasında İnsanovun müxalifətin yeni birləşdirici fiquru olduğunu söyləyənlər də var.

Halbuki İnsanov Müsavata gəlməsəydi, partiya ona siyasi pasport verməsəydi, hələ də elan edəcəyi “X” təşkilat üçün qərargah axtarışındaydı, elektorat toplamaqdaydı.

ADP sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, sabiq nazirin siyasətə gəlişində və müxalifətə qoşulmasında anormal hal görmür. Onun fikrincə, müxalifətçilik kiminsə monopoliyası deyil.

“Əksinə, iqtidardan ayrılıb müxalifətə keçənlər gərək əziyyət çəkməsinlər. Əli İnsanov nazir vəzifəsində olarkən elədiyi cinayətlərə görə cəzasını alıb.

İndi xalqa xidmət etmək istəyirsə, heç kəs onun fəaliyyətini məhdudlaşdıra və keçmişinə görə mühakimə edə bilməz. Necə ki, bu gün bəzi müxalifət liderləri sovet vaxtı kommunist sıralarında olublar”, – deyə ADP sədri vurğuladı.

S.Cəlaloğlunun sözlərinə görə, Müsavat Partiyasındakı dəyirmi masa əhəmiyyət daşımır: “Xalqın birlik tələbi varıydı, onlar da guya yerinə yetirdilər. Əslində birləşmək istəmirlər, əksinə, həmin dəyirmi masa ilə real birliyin qarşısını aldılar.

Rəsulzadə deyir ki, birlik o vaxt olur, hamı eyni təhlükə ilə üzləşsin. Görünür, müxalifətdə hamının təhlükəsi bir deyil.

Digər tərəfdən, siyasiləşməmiş qüvvələrin bir araya gəlməsi mümkün deyil. Ərdoğan iqtidardadır, əlində ordusu, polisi, gücü var, amma MHP ilə birləşdi.

Azərbaycanın indiki müxalifəti hakimiyyətdə deyil, amma birləşmək istəmirlər. Sənin onsuz da gücün yoxdur, birləşməyin də əleyhinəsən.

Bu da ondan irəli gəlir ki, siyasi cəhətdən yetişməmiş adamlardır. Bunu kimsə intriqa, kimsə ambisiya adlandırır. Fakt budur ki, birləşməyin əleyhinədirlər. Gərək tam siyasiləşsinlər, yetkinləşsinlər, sonra nəsə alına bilər”.

S.Cəlaloğlu Ə.İnsanovun müxalifətin birləşdirici fiquru olacağına inanmır: “Əvvəlcə gərək partiyası olsun. Məncə, İnsanov partiya yaratsa belə, onun böyük elektoratı olacağını, ciddi dəstək alacağını gözləmirəm”.
“Yeni Müsavat”

Əvvəlki yazı

İsraildən Qəzzaya zərbələr: 10 ölü

Sonrakı yazı

Arif Hacılının müavininə həbs verildi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.