SƏHİYYƏ NAZİRİ AVROPAYA MÜALİCƏYƏ GEDİB? – Şirəliyevlə şəkil çəkdirdi və… (FOTO)

21 May 2019 - 19:22
201 oxunma

Bloger Mehman Hüseynovun Cenevrə aeroportunda səhiyyə naziri Oqtay Şirəliyevlə çəkdirdiyi foto sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

“AzPolitika.info”nun məlumatına görə, M.Hüseynov fotoyla birlikdə paylaşdığı lağlağı statusunda “Azərbaycan səhiyyəsini böyrüstə qoyan nazirin” Avropaya müəlicəyə almağa gəldiyini yazıb. “Təklif elədim ki, gəl birləşək, burda Avropanı çökdürək. Amma əvvəlcə qayıdaq ölkəyə, xalqa bir izah elə görüm səhiyyə niyə belə biabırçı gündədir? Niyə xəstəxanalarda hər addımbaşı pul istəyirlər? Bu puldan sizə çatırmı? Xalq bu sualların cavabını axtarır! Bax, özünüz də gəlibsiz Avropaya mualicə almağa? Niyə ölkəmizdə mualicə almırsız?…”

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Virtualaz.org-un əməkdaşı ilə söhbətində qeyd edib ki, səhiyyə nazirinin Avropaya müalicəyə getdiyi barədə məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb.

“Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib”, – Pərviz Abubəkirov deyib.

oqtay

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"