01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şəhid pilotun anası: “Gəlinim evlənib, nikaha girmir”

07 Yanvar 2020, 14:06
Cəmiyyət, Seçmə, Uncategorized
A A
Şəhid pilotun anası: “Gəlinim evlənib, nikaha girmir”

Aprel şəhidi pilot Təbriz Musazadənin anası Tovuz Musazadə gəlini Pərişan Musazadənin oğlunun şəhid statusundan istifadə etməsindən və nəvələrini ona göstərməməsindən narazıdır.  

Bu barədə “Qafqazinfo”ya müraciət edən şəhid anası bildirib ki, oğlunun qırx mərasimindən sonra gəlini evi tərk edib:

 “Mən hamıdan kömək istəyirəm. Ürəyim doludur, Təbrizimin iki balasının mənlə görüşməsinə Pərişan icazə vermir. İndiyə kimi oğluma, nəvələrimə görə susmuşam. O, çox pis iş elədi. 40 mərasimindən sonra dedi ki, gedib Təbrizin evində uşaqlarla tək yaşayacaq. Bizim yanımızda durub xəstələrə baxası deyil.

İndi Pərişan evlənib özü bilər. Ancaq hazırda birgə yaşadığı Mehdi Əsədullayevlə rəsmi nikaha girmir. Bunu ona görə etmir ki, şəhid xanımı statusunu özündə saxlasın. Dövlətin bu məqsədlə ona ayırdığı pulu başqalarına verir. Mehdi vaxtilə hərbi məktəbdə oxumuşdu. Birinci kursdan sonra onu hərbdən atdılar. İndi də ailəsini, 3 uşağını atıb. Pərişan Mehdinin yoldaşına deyib ki, narahat olmasın, kəbinlə bir yerdədirlər, onun ailəsinin heç bir şeyə ehtiyacı olmayacaq.

Həmin Mehdidən 1 yaşında qızı da var imiş. Bizim heç nədən xəbərimiz olmayıb, biləndən sonra da oğluma, iki nəvəmə görə susmuşam. Amma artıq dözə bilmirəm. Mənim balamın adından, şəhid xanımı statusundan istifadə edir.

Bir müddət Təbriz üçün verilən evdə yaşayıblar. İki körpənin şəhid övladlarının atasından qalan evdə başqa kişiylə yaşamaq olarmı? Mən uşağımdan qalanları niyə başqalarına verməlidir?  Mən ölkə rəhbərliyinə müraciət edirəm ki, bizə bu işdə köməklik etsinlər. Hökumətin mənim uşağıma ayırdığı pulları başqalarına yedirtməsin. Biz ondan başqa heç nə istəmirik. İndi də eşitmişəm ki, şəhid evini də satıb, gedib Xırdalanda ev alıb orada yaşayırlar”.

Təbriz Musazadə ilə vida mərasimi- Oğlu Onur Musazadə- 11.04.2016.

T. Musazadə nəvələrinin ona göstərilməməsi ilə bağlı ötən il Xətai rayon məhkəməsinə müraciət edib:

“Məhkəmə ötən ilin iyul yayında bizim xeyrimizə qərar çıxardı. Ancaq uşaqları yenə bizə göstərmir. Məktəblərini də dəyişib. Böyük nəvəm məni istədi, qorxdu, dedi anam icazə vermir. İcraçılar dedi ki, uşağa psixoloq lazımdır. Uşaqların psixoloji durumu pis vəziyyətdə idi. Mən üstlərinə getmədim. Dedim böyüsünlər, nə vaxt istəsələr mənim yanıma gələrlər. Onların arxasındayam, həftədə bir-iki dəfə uşaqların oxuduğu Atatürk liseyinə gedirdim. Mənə dedilər ki, uşaqları buradan çıxarıb”.

Bu arada bildirək ki, hazırda Tovuz Musazadə tək yaşayır. Şəhidin atası Taryel Musazadə 2017-ci ildə dünyasını dəyişib.

Məsələ ilə bağlı Pərişan Musazadə ilə əlaqə saxlayıb. O, bu mövzuda danışmaq istəmədiyini qeyd edib.

Əvvəlki yazı

Süleymaninin dəfnində izdiham: 35 ölü

Sonrakı yazı

Hafiz Hacıyev: “Bəzi məmurların Allah evini yıxsın”

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.