Şəhid anası Zakir Həsənova yazdı

6 Noyabr 2019 - 11:56
91 oxunma

Şirvan şəhər  sakini, şəhid anası Rəhimova Zemfira Gülhüseyn qızı müdafiə naziri Zakir Həsənova müraciət edib.

Reportyor.info-ya daxil olan məktubda şəhid anası nazirdən kömək istəyib: “Mən 2015-ci ilin 15 dekabr tarixində Ağcəbədi rayonun Qiyaməddinli kəndində hərbi xidmətdə olarkən düşmən tərəfin atəşkəsi pozması nəticəsində döyüş zamanı aldığı güllə yarasından  şəhid olan Rəhimli Nihad İltifat oğlunun anasıyam. Cənab nazir, sizinlə görüşmək istəyirəm. Sizdən şəhid anası olaraq xahiş edirəm məni qəbul edəsiniz”.

Z.Rəhimova nazirə qəbulda mühüm bir məsələni çatdıracağını qeyd edib: “Cənab nazir, siz həmişə şəhid ailələrinə diqqətli olmusunuz. Ümidvaram ki, məni də qəbul edəcək, müraciətimə həssaslıq göstərəcəksiniz”.

 

 

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"