Səfirlik:”İran Ermənistanla hərbi sahədə əməkdaşlıq etmir”

19 İyul 2019 - 01:39
77 oxunma

İranın Azərbaycandakı səfirliyi rəsmi Tehranın işğalçı Ermənistanla hərbi əməkdaşlığına dair yayılan məlumatları təkzib edib. 

İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən  bildirilib ki, İranın Ermənistanla birgə hərbi əməkdaşlığa başlaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“İki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasına təkid edərək bildirir ki, son günlər Azərbaycan Respublikasının bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır və Səfirlik bu kimi xəbərləri təkzib edir. İran İslam Respublikası hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyir”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"