“Səddam” ləqəbli avtoritet saxlanıldı – Beyləqanda

28 Fevral 2019 - 11:22
55 oxunma
Beyləqan rayonunda “Səddam” ləqəbi ilə tanınan kriminal avtoritet tutulub.
BakuPost “Report”a istinadən xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti dəfə narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı əməliyyat tədbirləri həyata keçirilib.
Bu dəfə keçirilən axtarışlar nəticəsində kriminal aləmdə “Səddam” ləqəbi ilə bilinən Beyləqan rayon sakini Hüseyn Mustafayev saxlanılıb.
Saxlanılan şəxsin evinə baxış keçirilən zaman orada narkotik vasitə olan 2,008 qram heroin və 133 qrama yaxın həşiş aşkar edilərək götürülüb.
H.Mustafayev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"