10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

RUSİYAYA CASUSLUQ İTTİHAMIYLA DAHA BİR QALMAQALLI HƏBS –Avstriya ordusunun polkovniki ilə bağlı məsələ böyüyür

12 Noyabr 2018, 10:35
Manşet
A A
RUSİYAYA CASUSLUQ İTTİHAMIYLA DAHA BİR QALMAQALLI HƏBS –Avstriya ordusunun polkovniki ilə bağlı məsələ böyüyür

Avstriyada Ordunun (Bundesheer) yüksək rütbəli zabitinin həbsi ilə bağlı yaranan qalmaqal qızışır.

Strateq.az “Nezavisimaya qazeta”ya istinadla bildirir ki, Vyana qəzeti “Kurier” Avstriya ordusunun bir polkovnikinin 1990-cı illərdən Rusiya (və görünür, əvvəllər sovet) xüsusi xidmət orqanlarının maraqları üçün casusluqla məşğul olduğu xəbərini yayıb. Düzdür, zabit artıq 5 ildir təqaüddədir, lakin hər şeydən göründüyü kimi, casusluq fəaliyyətini dayandırmayıb.

Qəzetin verdiyi məlumata əsasən, o, Rusiya xüsusi xidmət orqanlarını Avstriya ordusunda olan silah sistemləri və miqrasiya problemləri haqqında informasiya ilə təmin edib. Guya, o, öz ətrafı haqqında da əməkdaşlığa cəlbetmə baxımından maraq kəsb edən informasiyalar verib.

Agent öz fəaliyyəti dövründə rus kəşfiyyatından, qəzetin məlumatına əsasən, təqribən, 300 min avro alıb. Guya, 2006-cı ildə o, öz fəaliyyətini dayandırmaq istəyib, lakin ruslar, qəzetin yazdığına görə, buna imkan verməyiblər.

Agent həbs olunmağına yaxın özündəki sübutları məhv etməyə cəhd göstərib. Ancaq Avstriya hərbi əks-kəşfiyyatı, guya, onu qabaqlaya bilib.

Avstriya Müdafiə naziri Mario Kunasek Vyanada mətbuat qarşısında çıxış edərkən bəyan edib ki, təqaüdçü “dost məxfi xidmətlərdən birinin” verdiyi informasiya əsasında həbs edilib. Onunla bağlı istintaq hərəkətləri aparılır.

Avstriya Federal kansleri Sebastian Kurtsun qeyd etdiyi kimi, əgər casusluq iddiası ilə bağlı şübhələr təsdiq olunarsa, onu cinayət təqibi və 3 ilə qədər həbs gözləyir. Federal kansler sonra bəyan edib ki, ona qarşı irəli sürülən iddia “xarici hərbi kəşfiyyata dəstək verməkdir”.

Beləliklə, görünür, avstriyalı agent rus hərbi kəşfiyyatına işləyib.

Qəzetin məlumatına görə, cümə günü Rusiyanın diplomatik nümayəndəsi Avstriya XİN-inə çağırılıb, Avstriya Xarici işlər naziri Karin Knaysl isə 2-3 dekabrda Moskvaya planlaşdırılan səfərdən imtina edib. O, Rusiyanın paytaxtında “Soçi dialoqu” forumunun yaradılmasını müzakirə etmək niyyətində idi. Bu forumun yaradılmasını Rusiya Prezidenti Vladimir Putin bu ilin iyun ayında Vyanaya səfəri zamanı təklif etmişdi və söhbət iki ölkənin vətəndaş cəmiyyətlərinin fikir mübadiləsi aparması üçün meydançanın yaradılmasından getmişdi.

Baş verənlərlə əlaqədar Kansler Kurtsun qeyd etdiyi kimi, bu hadisə “Rusiya ilə münasibətləri yaxşılaşdırmır”. Bundan əlavə, o həmçinin bu yaxınlarda Hollandiyada, guya, elektron məlumat bazasına girməyə cəhd edən rus hərbi kəşfiyyatçıları ilə bağlı baş verən hadisələri də yada salıb.

Şübhəsiz, bu casus qalmaqalı Rusiya ilə Avropadakı azsaylı tərəfdaşlarından biri olan, anti-Rusiya sanksiyalarına tənqidi yanaşan Avstriya arasındakı münasibətləri əhəmiyyətli dərəcədə mürəkkəbləşdirir.

 

Əvvəlki yazı

Azərbaycanda Konstitusiya Günüdür

Sonrakı yazı

Zamirə Hacıyevadan sonra London Ziya Məmmədovun oğluna girişəcək

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.