06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

RUSİYANIN YENİ “ŞİMAL-CƏNUB” DƏHLİZİNDƏ AZƏRBAYCAN NİYƏ YOXDUR? –(Təhlil)

07 Noyabr 2018, 11:31
Manşet
A A
RUSİYANIN YENİ “ŞİMAL-CƏNUB” DƏHLİZİNDƏ AZƏRBAYCAN NİYƏ YOXDUR? –(Təhlil)

Rusiya Hindistan və İranla yeni və böyük layihəni müzakirə edir. Layihə “şimal-cənub” dəhlizi adlanır. Bu dəhlizin uzunluğu təxminən 7 min kilometdir. Rusiya bu yolla il ərzində 20-30 milyon ton yükün daşınacağına ümid edir.

Bu nəqliyyat yolunda həm dənizdən, həm də quru yoldan istifadə ediləcək. Mallar Hindistandan gəmilərlə İranın Fars körfəzindəki Bəndər-Abbas limanına çatdırılacaq. Mallar buradan dəmir yolu ilə İranın Xəzər dənizindəki Ənzəli limanına gətiriləcək. Mallar buradan yenidən gəmilərə yüklənərək Rusiyanın Həştərxan limanına çatdırılacaq, oradan dəmir yolu ilə Avropaya istiqamətlənəcək.

Bu yol Süveyş kanalına alternativ kimi düşünülüb. Süveyş kanalı Asiyadan Avropaya ən qısa yol sayılır. Misir bu kanalın istifadəsindən böyük gəlir əldə edir. Müqayisə üçün deyək ki, Misirin Süveyş kanalından əldə etdiyi gəlir turizmdən əldə etdiyi gəlirə bərabərdir. 2015-ci ildə kanalın buraxılıcılıq qabiliyyəti artırılıb, gəmilərin ikitərəfli hərəkəti üçün şərait yaradılıb. 2023-cü ilə qədər kanaldan gündə 97 gəminin keçişi təmin oluna bilər. Bu isə Misirin kalandan əldə etdiyi gəliri 13 milyard dollara qədər artıracaq.

Beləliklə, əgər Rusiya planlaşdırdığı “şimal-cənub” nəqliyyat layihəsini işə salarsa, Çin və Hindistan Süveyş kanalı əvəzinə yeni nəqliyyat yolundan istifadən edə bilərlər. Moskva iddia edir ki, yeni nəqliyyat yolu Süveyş kanalının istifadəsindən təxminən 30-40 faiz faydalıdır, yəni malların daşıma xərcləri azalacaq.

Ümumiyyətlə Rusiya bir çox ölkəyə şimal yolundan – Arktika istiqamətindən istifadə etməyi məsləhət görür. Rusiyalı mütəxəssislər beynəlxalq aləmə bu yolun qısa olduğuna inandırmağa çalışırlar. Məsələn deyirlər ki, Cənubi Koreya Süveyş kanalından istifadə etməklə mallarını Almaniyaya 34 günə çatdırır. Ancaq Cənubi Koreya Arktika dəhlizidən istifadə etsə guya mallarını 23 günə Almaniyaya çatdıracaq. Rusiyanın inadkarlığına baxmayaraq, şimal yolundan istifadə aşağı səviyyədədir. Moskvanın planlarından asılı olmayaraq mal daşıyan dövlətlər Süveyş kanalından istifadə edirlər.

Moskvanın irəli sürdüyü yeni plan iki dövlətin də maraqlarına toxunur: Misir və Azərbaycan.

Misir Süveyş kanalından sabit gəlirlər əldə edir və bu gəlirləri artırmaq haqqında düşünür. Misirin yeni prezidentinin Rusiya prezidenti ilə münasibətləri yaxşıdır. Buna baxmayaraq, Rusiya Misirin gəlirini azalda biləcək layihəni reallaşdırmaq istəyir. Aydındır ki, yeni layihə Misirin xoşuna gəlməyəcək.

Rusiya yeni nəqliyyat layihəsində Azərbaycanı kənarda saxlayır. Belə çıxır ki, “şimal-cənub” adında iki layihə var. Birinci layihədə Azərbaycan əsas iştirakçı olmalıdır. Rusiya Azərbaycan üzərindən dəmir yolu ilə İranla birləşir. Üstəgəl Azərbaycan Rəşt-Astara dəmiryolunun tikintisinə 500 milyon dollar ayırmaq istəyir ki, “şimal-cənub” dəhlizi işlək olsun. Rəsmi Bakı ona ümid edirdi ki, İran və digər ölkələrin malların bu dəmir yolu üzərindən Avropaya çatdırsın və əksinə. Ancaq Rusiyanın irəli sürdüyü yeni “şimal-cənub” layihəsi isə Azərbaycanı kənarda qoyur.

Sual olunur: Niyə Rusiya yeni layihədə Azərbaycandan keçən dəmir yolundan istifadə etmək istəmir?

Axı daha faydalı olardı ki, Hindistandan daşınan mallar Bəndər-Abbasdan Ənzəliyə və oradan gəmilərlə Həştərxana deyil, birbaşa dəmiryolu ilə Azərbaycan sərhədinə çatdırılardı. Görünür, Rusiya Azərbaycanın yeni layihədə iştirakl ilə bölgədəki rolunun daha da artmasında maraqlı deyil.

Rusiyanın irəli sürdüyü yeni layihə hələ ideyadır. Bu layihənin reallaşması problematikdir. Çünki, ABŞ İrana qarşı sanskiyalarını sərtləşdirib. Çox az dövlət İran üzərindən mal daşımaq istəyir. Hindistan və Çin ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayıblar. Ancaq bu iki dövlətin ABŞ-la böyük ticarət əlaqələri var və İrana görə Amerika ilə münasibətləri korlamaq istəmirlər. İrandan Avropaya və Avropadan İrana mal daşımaçılığının yaxın illərdə aktuallığı azalıb. Bu mənada Azərbaycanın iştirakçısı olduğu “şimal-cənub” dəhlizinin özünün də reallaşmasında maneələr yarana bilər.

Əvvəlki yazı

Avropa İttifaqının xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb

Sonrakı yazı

Tarixdə ilk: iki müsəlman qadın konqresə seçildi

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.