14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

RUSİYALI MUZDLULAR RƏSMİ TANINMA TƏLƏB EDİR –Millətçilər Kremlin satqın və qorxaq olduğunu düşünürlər – TƏHLİL

09 İyul 2018, 16:41
Dünya
A A
RUSİYALI MUZDLULAR RƏSMİ TANINMA TƏLƏB EDİR –Millətçilər Kremlin satqın və qorxaq olduğunu düşünürlər – TƏHLİL

Leonid Berşidski

“Bloomberg”

 

Kreml hərbi müdaxilələrdə muzdlu əsgərlərin istifadəsini gizlədə bilmir, çünki həmin əsgərlərin əksəriyyəti əyalətlərdən toplanır, paytaxtdan uzaqlarda isə milliyyətçi dəstələrin rolu açıq şəkildə müzakirə edilir. Bu və digər mülahizələr Rusiyanın, nəhayət, xüsusi birləşmələrdən istifadəni etiraf edəcəyi ehtimalını doğurur.

İyulun 6-da Moskvada “Kazaklar” qrupuna rəhbərlik edən sol-millətçi fəal Yevgeni Şabayev Suriya, Mərkəzi Afrika Respublikası, Sudan, Yəmən və Liviyadakı əməliyyatlarda iştirak edən xüsusi hərbi şirkət döyüşçülərinin rəsmi olaraq veteranlar kimi tanınmasını tələb edib. Lakin hazırda Rusiya hökuməti həmin şirkətlərin varlığını qəbul etmir.

Digər iki millətçi şəxs – təqaüdçü general Leonid İvaşov və təqaüdçü polkovnik Vladimir Petrovun imzaladığı bəyanatında iddia olunur ki, “xüsusi hərbi şirkətlərin (“Patriot”, “Vaqner” və s.) rəhbərləri şəxsən rus prezidentindən dövlət mükafatları alırlar”. Lakin şirkətlər yerləşdiyi ölkələrdə Kremlin köməyi ilə gəlirli biznes güzəştləri alsalar da, döyüşçülər savaşda yaralandıqda, hökumətdən heç bir köməyə ümid edə bilmirlər. Bunun əvəzinə, bəyanatda bildirilir ki, polis və daxili əks-kəşfiyyat xidmətləri onları təqib edir və ölən döyüşçülərin ailələri susdurulur.

Şabayev fevral ayında ABŞ-ın Suriyadakı qüvvələri ilə toqquşmada bir çox rus əsgərinin ölümünü açıqlayan bir neçə millətçi fəallardan biridir. O, prezident Vladimir Putinə sədaqətli şəxslərin mənfəət üçün bu drujinaları qurduqlarını, Rusiyanın hərbi və hüquq-mühafizə orqanlarının xüsusi qoşunlara təlim keçdiyini və sursatla təmin etdiyini bildirib.

Rusiyalı millətçiləri xüsusi hərbi şirkətlər üçün könüllülərin əsas qaynağıdır və Şərqi Ukraynada Kremlin nəzarətində olan qeyri-rəsmi vahidlər onlardan təşkil olunub. Millətçilərin çoxu döyüş təcrübəsinə malikdir və ya ən azı hərbi xidmətdə olub; onlar yalnız pul üçün deyil, həm də Rusiyanın siyasətini dəstəklədikləri üçün mübarizə aparırlar.

Kreml üçün bundan yaxşı seçim ola bilməz: onun hərbi sərgüzəştləri üçün etibarlı, xüsusi “top əti”nə ehtiyacı var. Lakin bu milislər əslində, Putinin pərəstişkarları deyil: Rusiyanın milli mənafelərini müdafiə etdikləri halda, rejimin çox satqın və qorxaq olduğunu düşünürlər. Buna görə də, Rusiya qoşunlarının olmadığı ölkələrdə bu hərbi birliklərin nə etdikləri barədə məlumatlandırma yoxdur.

Əlbəttə, Kremlin öz əməliyyatları üçün digər “əmək ehtiyatları” mənbəyinə malikdir: hərbi personal “məzuniyyət” dövründə qeyri-rəsmi müharibə teatrlarına göndərilir. Bu qoşunlar şikayət etməyə meylli deyil, çünki əsgər kimi, layiqli tibbi müalicə almaq və digər güzəşt hüquqları var. Ancaq onlar – və döyüşlərdə öldürülənlərin ailələri – həm də ana Vətəni qorumağa təhkimlidir.

Başlanğıcda – Ukraynada qətlə yetirilən rus paraşütçülərinin qəbirlərində məzar daşları göründükdə, inkarçılıq hakim idi. Sonralar uniformalı fotolar, mərhumun harada və nə vaxt həlak olması qeydləri ilə başdaşıları peyda oldu. İyulun 4-də əsgər ölümünə səbəb olan səhlənkarlıqda ittiham olunan zabit Oleq Leontievin isə “qonşu ölkədə hərbi əməliyyatda iştirak etdiyinə görə” əfv edilməsi xahiş edilib.

Rusiyanın qeyri-qanuni birliklər və “məzuniyyətçilər” hesabına apardığı müharibələr sarıdan təcrübəsi danılmazdır və təkzibin özü dəlildir. Gec-tez və ya daha sonralar hökumətin bu əməliyyatlarda iştirakı işıqlandırılacaq. Bu baş verdikdə, münaqişə ilə məşğul olan bütün Rusiya qüvvələrinin mahiyyətcə bir-birinə bənzədiyi aşkarlanacaq. Məsələn, ABŞ qüvvələri döyüş bölgəsində olan bütün rusları ayrı-seçkilik etmədən Rusiya hərbi birliyinə aid edir.

Suriyadakı ABŞ qoşunları bəzən mənsubluğunu təsbit edə bilmədiklərini qüvvələrlə qarşıdurmaya girir. Belə hallarda, onlar həmişə Rusiyanın hərbi komandanlığına irad tuturlar.

Xüsusi hərbi şirkətlərin varlığını gizli saxlamaq və tanımamaq Putinin maraqlarına uyğun ola bilər. Rəsmi silahlı qüvvələrdən açıq-aydın ayırmaq onların da həmçinin. Bu, özəl və rəsmi təşəbbüs arasında fərqi, daha məqsədəuyğun təkzibolunmazlıq xətt yaratmaqda kömək edə bilər. ABŞ, məsələn, şəxsi hərbi şirkətləri gizlətməyə çalışmır.

İyulun 7-də Putinin mətbuat katibi Dmitri Peskov Kremlə xüsusi hərbi şirkət döyüşçülərin veteranlar kimi tanımaq üçün rəsmi müraciət aldığını etiraf edərək, onun Müdafiə Nazirliyinə göndəriləcəyini, “təməl qaydaların hazırlanacağını” açıqlayıb.

Rəsmi tanınmanın yolu uzun ola bilər. Muzdlu döyüşçülüyə görə cinayət məsuliyyətini nəzərdə tutan Rusiya qanunvericiliyini dəyişdirmək lazımdır. Ancaq Kremlin bu addımı artıq həm də öz hərbi strategiyasının əhəmiyyətli bir hissəsini inkar etməyə davam etmədiyinin göstəricidir.

 

Tərcümə: Strateq.az

 

Əvvəlki yazı

BANKLAR DOLLAR KREDİTLƏRİNƏ GÖRƏ MƏHKƏMƏLƏRƏ MÜRACİƏTİ DAYANDIRIB – Səbəbi nədir?

Sonrakı yazı

Lahıcda misgərlik sənətinin inkişaf perspektivləri müzakirə olundu

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.