Rusiyada kütləvi dava – Bir soydaşımız öldürüldü (VİDEO)

25 İyun 2019 - 15:01
219 oxunma

Rusiyada azərbaycanlılarla ruslar arasında dava olub.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə iyunun 23-də Sverdlovsk vilayətinin Nijni Serqi şəhərində qeydə alınıb.

Belə ki, yerli klubların birində tərəflər arasında yaşanan mübahisə sonra əlbəyaxa davaya çevrilib. Nəticədə 1979-cu il təvəllüdlü Rufulla adlı soydaşımız baş nahiyəsindən ağır zərbə alıb və hadisə yerində keçinib. Faktla əlaqədar Nijni Serqi şəhər sakini, 1975-ci il təvəllüdlü Aleksandır adlı şəxs saxlanılıb və hazırda həkim nəzarətindədir.

Sosial şəbəkələrdə azərbaycanlılarla ruslar arasında kütləvi davanın olacağı haqqında məlumatlar yayıldıqdan sonra şəhərə əlavə qüvvələr gətirilib. Ancaq Kirov vilayətində Rusiya Xalqları Assambleyasının rəhbəri Elnur Hüseynov “Report”un yerli bürosuna açıqlamasında hadisənin sosial şəbəkələrdə şişirdildiyini deyərək faktın Rusiya hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu və heç bir insident yaşanmadığını vurğulayıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"