05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rusiya Ukraynadakı seçkilərə necə hazırlaşır? –350 milyon dollar pul, kiberhücumlar, daha nələr… – TƏHLİL

05 Mart 2019, 11:47
Dünya
A A
Rusiya Ukraynadakı seçkilərə necə hazırlaşır? –350 milyon dollar pul, kiberhücumlar, daha nələr… – TƏHLİL

Ukrayna 31 mart prezident seçkilərinə hazırlaşır. Ukrayna seçicilərinin real əhval-ruhiyyəsi Moskvanı çaşdırır. Xalq rusiyapərəst namizədlərin vədlərinə inanmır, bu da Kremlin qlobal ambisiyalarının həyata keçirilməsi məsələsini sual altına qoyur. Bunu dərk edərək, Rusiya siyasi texnoloqları, təbliğatçıları və xüsusi xidmətləri Ukrayna seçkilərinin qanunsuzlaşdırılması üçün müxtəlif ssenariləri işə salırlar.

Ukrayna Rusiyadakı mərkəzlərin psixotron ekspansionist strategiyası çərçivəsində ən öndə, yəni sıfır xəttində durur, bununla belə, Rusiya siyasətinə qarşı yüksək dərəcəli müqavimətini nümayiş etdirir. Ukraynanı xaricdən ala bilməyəcəyini dərk edərək, Ukraynanın vuruşan qalasına daxildən qalib gəlmək istəyirlər. Həmin mərkəzlər aydın şəkildə anlayırlar ki, bunu ya indi etmək lazımdır, ya da bu heç vaxt alınmayacaq. Bunun üçün Rusiya strateqləri Ukraynadakı 2019-cu ilin seçki dövrünü unikal fürsət kimi dəyərləndirirlər. İlk yerdə, əlbəttə ki, 31 mart tarixinə təyin edilmiş prezident seçkiləri durur. Məhz Ukrayna dövlətinin başçısı yerinə öz namizədini oturtmaq cəhdi Rusiya siyasi maşınının bütün bəndlərinin ilk sırada duran məqsədidir.

Ukrayna bir daha Rusiya imperiyasının tərkib hissəsi olmaq istəmir. Ukraynalıların ağır tarixi təcrübəsi də bundan xəbər verir. Qolodormorlar (kütləvi aclıq nəticəsində ölümə məhkum edilən milyonlarla ukraynalı), ölüm düşərgələri, işğallar, hibrid müharibələri ukraynalıların yaxın tarixinin ən acı səhifələridir. Bir vaxtlar Donbasda həyat və inkişaf var idi, Ukraynanın sənaye mərkəzi sayılırdı, bu gün dağıdılmış bölgədir: tərk edilmiş kömür şaxtaları, sökülmüş dəmir yolları və məhv edilmiş milyonlarla insan həyatı bu bölgəni ümidsizlik zonasına çevirib.Ancaq görünür, bu, Rusiyadakı mərkəzlər üçün yetərli deyil, Ukraynanın qalan hissəsini də ələ keçirmək istəyir və bunun üçün prezident seçkisinə “hazırlaşırlar”.

ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Kurt Volker 16 fevral 2019-cu il tarixində Münhendəki təhlükəsizlik konfransında deyib: “Rusiya qarşıdakı seçkilərdə Ukrayna prezidenti Petro Poroşenkonu “aradan qaldırmaq” istəyir ki, yeni ölkə başçısı ilə özünə sərfəli olan əməkdaşlığı qursun. Onlar Poroşenkonu hakimiyyətdən kənarlaşdırmağı çox istəyirlər və mən düşünürəm ki, onlar yeni hakimiyyətlə Rusiya üçün əlverişli olan hər hansı müqavilənin bağlanmasına ümid edirlər, çünki bunu Poroşenkodan ala bilmirlər”.

Poroşenko prezident seçilməsə belə, prezidentliyə digər real namizədlər də işğalın üzərindən Rusiya ilə barışmağa hazır deyillər. Güclü demokratik institutlar – ukraynalılar bu dəyər üçün savaşır və bu institutlardan biri də demokratik seçkilərdir. Ukrayna özü üçün ən ağır dövrdə – 2014-cü ildə öz iradəsini demokratik yolla nümayiş etdirməyi bacardı, bu ənənəni bu il də davam etdirmək istəyir.

Ukraynalıların bu əhval-ruhiyyəsi Kremli narahat edir və onun üçün başağrısı yaradır. Ukraynalılar Rusiyanın təbliğat maşınının apardığı fasiləsiz işə baxmayaraq, öz sağlam düşüncəsini qoruyub saxlayırlar. Bu fonda Ukrayna Ali Radasının birinci vitse-spikeri İrina Geraşenko amerikalı diplomatın Rusiyadakı mərkəzlərin seçkiyə müdaxiləsi fikrini bu şəkildə dəstəkləyib:

“Rusiya beşinci kolon vasitəsilə Ukraynada prezident postunda öz namizədini görmək istəyir. Bütün müdaxilələrə baxmayaraq, onlar görürlər ki, hər şey onların ssenarisi üzrə getmir, bu səbəbdən burada ictimai düşüncədə təhrif və təxribat yaratmağa çalışırlar”. Geraşenko vurğulayıb ki, Ukrayna beynəlxalq müşahidəçi missiyalarını gözləyir, müvafiq dəvətlər artıq göndərilib. Həm ATƏT-in Parlament Assambleyasından, həm NATO Parlament Assambleyasından, həm də Avropa Şurası Parlament Assambleyasından beynəlxalq müşahidəçi nümayəndə heyətləri bugünlərdə Ukraynada fəaliyyətə başlayacaqlar.

Xəbərlərə görə, Kreml bu il Ukraynadakı seçkilərə müdaxilə etmək üçün xüsusi xidmət orqanlarına əlavə olaraq 350 milyon dollar pul ayırıb. Tanış ssenaridir. Bu pullar əsassən feyk xəbərlərə, öz tərəfinə çəkmə, təxribatların, etirazların, Ukrayna rəhbərliyinə qarşı daxili siyasi təzyiqlərin təşkili və kiber hücumların hazırlanması üçün xərclənəcək. Ona görə də demokratik seçkilərin keçirilməsi üzrə beynəlxalq səviyyədə tanınmış standartlara uyğun azad və şəffaf seçkilərin keçirilməsi Ukrayna tərəfi və beynəlxalq ictimaiyyət üçün prioritet məsələdir.

Rusiya televiziya kanalları Azərbaycanda geniş yayınlanır. Bu kanallar gecə-gündüz Ukrayna əleyhinə təbliğat aparırlar, separatçılığı reklam edirlər. Ona görə də bu kanallara və xəbərlərə aldanmaq lazım deyil. Azərbaycan müşahidəçilərinin Ukraynadakı prezident seçkilərində iştirakı mühüm amildir. Bu Azərbaycan və Ukrayna arasındakı dostluq və tərəfdaşlıq ruhuna uyğundur. Unutmayaq ki, Rusiyadakı bəlli mərkəzlər Azərbaycanda da 2013-cü ildə prezident seçkisinə müdaxilə etmək istəmişdilər, ancaq onların bu səyləri nəticə vermədi. Ukraynada da nəticə verməyəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Əvvəlki yazı

Prezident İlham Əliyev ATƏT-in sədrini qəbul edib –FOTO

Sonrakı yazı

PA rəsmisi:”Azərbaycan dövləti dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir”

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.