Ruhanidən etirazçılara xəbərdarlıq

18 Noyabr 2019 - 13:14
73 oxunma

Avtomobil yolu bağlamaq üçün yox, istifadə etmək üçündür.

APA-nın məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Xalqın gündəlik həyatına problemlər yaradanlar, asayişi pozanlar və yol bağlayanlar haqqında ölçü götürülməlidir. Xalqın haqqı olan etirazından sui-istifadə edilir, soyuq silahla insanlara, banklara, polis mərkəzlərinə və telekanallara hücum edilir. Bu, dözülməzdir. Məhkəmə baş verənləri qanun çərçivəsində araşdırmalıdır”, – deyə İran Prezidenti vurğulayıb.

O qeyd edib ki, hökumət ölkədə sabitliyin pozulmasına imkan verməyəcək.

Xatırladaq ki, noyabrın 16-da İranda benzinin qiyməti 50 faiz qaldırılıb ki, bu da əhalinin narazılığına səbəb olub.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"