01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“RÜFƏT ASLANLI HAQDA CİNAYƏT İŞİ AÇILIB” – “Tam sağlam olan bankı müflis elan edib”

08 Yanvar 2019, 10:40
Gündəm
A A
“RÜFƏT ASLANLI HAQDA CİNAYƏT İŞİ AÇILIB” – “Tam sağlam olan bankı müflis elan edib”

Əkrəm Həsənov: “Onun tam sağlam bankı müflis elan etməsi bankçılıq tarixində görünməmiş haldır”

Ötən ilin son günlərində məlum oldu ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının Azərbaycanın hüdudlarını tərk etməsinə qadağa qoyulub. 

Etibarlı mənbələrə istinadən bununla bağlı məlumat yayan virtualaz.org bildirir ki, keçmiş məmur Bakı aeroportunda sənədlərin yoxlanılması üçün saxlanılıb. Rüfət Aslanlı Yaponiyaya uçmağa hazırlaşırmış.  Aslanlıya xəbərdarlıq edilib ki, onun Azərbaycanın hüdudlarından kənara çıxmasına qadağa qoyulub.

Xatırladaq ki, Rüfət Aslanlı dəbdəbəyə meylli məmurlardan biri hesab olunur. Onun adı dəfələrlə müxtəlif korrupsiya qalmaqallarında iştirakda hallanıb. Onun bahalı saat və avtomobil kolleksiyaları haqda mətbuatda geniş materiallar dərc olunub. Həmin materiallardan aydın olur ki, sabiq Palata rəhbəri çox dəbdəbəli həyat tərzi keçirib, bahalı aksesuarlara, əyləncə və gəzintilərə külli miqdarda pullar xərcləyib. Məsələn, R.Aslanlının Londonda bir hoteldə qalmağa minlərlə funtsterlinq xərclədiyi ortaya çıxıb.

Belə ki, 2016-cı ilin avqust-oktyabr aylarında Palata rəhbəri olaraq o, Londonun “Windzor Suite” hotelində qalmağa bir dəfə 3600, ikinci dəfə isə 4300 funtsterlinq pul xərcləyib. Ödənişləri isə özünün “Lloyds Bank PLC”dəki hesabından icra edib. Bundan əlavə, R.Aslanlı Beynəlxalq Bankın sabiq direktoru Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın bazarlıq etdiyi “Harrods” adlı ticarət mərkəzindən böyük məbləğdə alver edib. Belə ki, 2016-cı ilin 2 sentyabr tarixində onun kart hesabından həmin ticarət mərkəzi üçün 31 min 435,15 dollar çıxılıb. Elə həmin gün həmin ticarət mərkəzində R.Aslanlı daha 40 min 561 dollar xərcləyib.

Habelə, 2017-ci ilin yanvarında o, İsveçrədəki “Michaud Verbier SA” cəvahirat mağazasından bir gündə 104 min 545,44 dollarlıq alış-veriş edib.

Bu qədər bahalı alış-verişin keçmiş Palata rəhbərinin aylıq vəzifə maaşı hesabına reallaşdırılması qeyri-mümkündür. Buna görə də cəmiyyətdə onun korrupsiya əməlinə görə cinayət məsuliyyətinə cəlb olunacağına dair gözləntilər fromalaşıb. R.Aslanlının Azərbaycandan çıxışına qoyulan qadağa bu gözləntilərin reallaşması demək ola bilərmi? Hansı səbəblərdən onun ölkəni tərk etməsinin qarşısı alına bilər?

Sualları cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirir ki, ölkədən çıxışa qadağa qoyulması müxtəlif səbəblərdən mümkündür: “Burada banka, dövlətə borclu olmaqdan tutmuş, hansısa cinayət işində şahid, yaxud cəlb olunan kimi iştiraka qədər çoxsaylı səbəblər ola bilər. Amma indiki halda daha çox ehtimal budur ki, hansısa cinayət işi üzrə R.Aslanlının çıxışı qadağan olunub. Sadəcə, bu qadağa elə də uzun müddət əvvəl qoyulmayıb – heç özünü də məlumatlandırmayıblar. Çünki qanunla belə qadağalar barədə şəxsin özü məlumatlandırılmalıdır. Görünür, R.Aslanlının xəbəri olmayıb ki, təyyarə bileti alaraq ölkəni tərk etməyə çalışıb”.

Hüquqşünas bildirir ki, bu fakt əsasında R.Aslanlı barədə cinayət işinin qaldırıldığını söyləmək mümkün deyil: “Ola bilsin, hansısa araşdırmalar başlanıb. Bu araşdırma vacib deyil ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında işlədiyi dövrlə bağlı olsun. Ondan əvvəl R.Aslanlı on ilə yaxın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri olub. Yəni ehtimallar çoxdur. Bununla bağlı hüquq-mühafizə orqanları məlumat verməlidir. Onlar da bəlkə istintaq sirri olduğu üçün hələlik açıqlama vermirlər. Düşünürəm ki, ən böyük ehtimal R.Aslanlının Palataya rəhbərlik etdiyi dövrlə bağlıdır. Mən özüm ”Bank Standard”ın Kreditorlar Komitəsinin sədri kimi dəfələrlə demişəm ki, ən azı həmin bankın müflisləşmədən əvvəlki altı aylıq fəaliyyətinə görə Palata məsuliyyət daşıyır. Həmin dövrdə banka irihəcmli vəsaitlər ayrılıb, onların taleyindən məlumat verən yoxdur. O dövrdə də Palataya Rüfət Aslanlı rəhbərlik edirdi. Yəni ən azı bir epizodu mən deyirəm. Rüfət Aslanlının rəhbərliyi ilə ondan çox bankın müflisləşməsi prosesi aparılıb, tam sağlam olan “ParaBank” bağlanıb. Bu, bankçılıq tarixində görünməmiş haldır ki, tam sağlam olan bankı müflis elan edəsən”.

İlgili resim

Onu da qeyd edək ki, bir müddət əvvəl Əmanətlərin Sığortalanması Fondunun əvvəlki rəhbərliyinin fəaliyyətinin araşdırılması və ciddi qanun pozuntularının aşkarlanmasına dair məlumat yayılmışdı. R.Aslanlı bu iş üzrə prosesə cəlb oluna bilərmi? Ə.Həsənov bunu istisna etmir: “Bilirik ki, Azad Cavadovun dövründə fondun fəaliyyətində böyük problemlər olub, araşdırmalar zamanı ciddi faktlar aşkarlanıb. Düzdür, bununla bağlı da rəsmi açıqlama verilməyib, amma araşdırmaların gedişində R.Aslanlının da işlə bağlı cəlb olunması mümkündür. Çünki Əmanətlərin Sığortalanması Fondu faktiki olaraq R.Aslanlının rəhbərlik etdiyi Palataya tabe idi”…

Əvvəlki yazı

Hicran Hüseynovanın adını və gəmisini batıran iki adam, bir Sədaqət kimdir? – Araşdırma…

Sonrakı yazı

ABŞ FÖVQƏLDÖVLƏTDİR, AMMA BİR O QƏDƏR DƏ YOX… – 2019-cu il sülh və sakitlik gətirməyəcək!

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.