“Yuventus”un futbolçusu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriges portuqaliyalı futbolçunun evlilik təklifini müsbət cavablandırıb.
Reportyor.info xəbər verir ki, o, 35 yaşlı hücumçu ilə ailə həyatı qurmağa razılıq verib.
Cütlük hələlik toyun tarixini müəyyənləşdirməyib. Amma bunun yaxın zamanda olacağı gözlənilmir. Onlar həmçinin nigah mərasimi təşkil etməyi də planlaşdırırlar.
Ronaldonun toydan sonra karyerasını bitirəcəyi gözlənilir. Forvard daha əvvəl bu barədə müsahibələrinin birində məlumat verib.
Sportinfo.az xatırladır ki, K.Ronaldonun 4 uşağı var. C.Rodriges futbolçunun Alana və Martina adlı qızlarının anasıdır.