15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

REKTORUN SƏFİR OĞLU ÇAXIR ALVERİLƏ MƏŞĞULDUR – “Şərablar diplomatik möhür altında gətirilir”

20 İyun 2018, 19:38
Manşet
A A
REKTORUN SƏFİR OĞLU ÇAXIR ALVERİLƏ MƏŞĞULDUR – “Şərablar diplomatik möhür altında gətirilir”

 

 

 

 

 

Bakıda fəaliyyət göstərən “Mona Liza”, “Monte Kristo” kimi restoran-şadlıq evlərindəki qiymətlərdən əksəriyyət xəbərdardır. Bu restoranlarda bir nəfər üçün yerin qiyməti 100 manata yaxındır. Qiymətlərin bahalığını isə həm də orada verilən spirtli işkilərin, şərabların baha və təmiz olmasıyla əlaqələndirilər.
Məlumatlı mənbənin sözlərinə görə, bu restoranlara şərablar birbaşa İspaniyadan gətirilir. Kimin və necə gətirməsi barədə məlumat verən mənbənin sözlərinə görə, bu işdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun xüsusi xidmətləri var: “Həmin restoranlar BDU-nun rektoru Abel Məhərrəmovundur. İspaniyadakı səfir də onun oğludur. Yəni, o restoranlar onların ailə biznesidir. Anar Məhərrəmov da bu biznesə öz töhfəsini verir – İspaniyadan çaxır göndərir. Beləcə, həm onların obyektində təmiz ispan şərabı olur, həm də onlara çox ucuz başa gəlir”.

O da bəlli olub ki, elə şərab göndərilməsi ilə əlaqədar bir müddət əvvəl Anar Məhərrəmovun Azərbaycan gömrükçüləri ilə problemi yaşanıb. Bundan sonra göndərişlər üçün yaxın adamlarından istifadə olunub.

abel-sef

“Şərablar diplomatik möhür altında gətirilir. Bir müddət əvvəl onun yaxın adamlarından biri İspaniyadan Bakıya xeyli sayda şərab gətirəndə yolda butılkaların bir neçəsi sınıb. Onları da səfirin işçilərindən biri qablaşdırıbmış. O hadisədən az sonra başqa bir məsələni bəhanə gətirərək, həmin işçini çıxarıb”, – başqa bir mənbə bildirib.

Qablaşdırmada “xətaya” yol vermiş işçinin, həmçinin səfirin həmin vaxt şərabları gətirən yaxınının kim olması da məlumdur. Bu və başqa məsələlərlə bağlı dəqiqləşmələrdən sonra səfirin ailə biznesinə şərab töhfəsi barədə detallı bilgiləri çatdıracağıq.

Bir müddət öncə Azərbaycanın Avstraliyadakı səfirliyindəki tütün biznesi çoxlarının yadındadır. Səfir öz statusundan istifadə edərək, güzəştli qiymətlərlə tütün məhsulları alır, sonra da onların satışı həyata keçirilirmiş.(İstiqlal.az)

XİN rektorun oğlunun fəaliyyətini araşdırır

“AzPolitika.info” xatırladır ki, bu yaxınlarda mətbuatda Xarici İşlər Nazirliyinin Azərbaycanın İspaniyadakı səfirliyi ilə bağlı araşdırmalara başladığı xbəri də yayılmışdı. Səbəb isə İspaniyadan nazirlik də daxil, Prezident Administrasiyası və parlament rəhbərliyinə göndərilmiş məktublardır. Məlumata görə, İspaniya–Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev Azərbaycan hökumətinə səfir Anar Məhərrəmovun Dağlıq Qarabağ məsələsində davranışları, bu mövzuda müzakirələri qadağan etməsindən şikayətlənib.

“Məktub parlament və Prezident Administrasiyasında müəyyən şəxslərə çatandan sonra Xarici İşlər Nazirliyinə araşdırma aparmaq tapşırılıb”, – mənbə bildirir.

XİN-ə göndərilmiş məktubun surəti də mətbuata təqdim olunub. F.Mustafayev yazıb ki, aprelin 27-də İspaniyanın San-Sebastyan şəhərinin yeni seçilmiş meri ilə görüşündə Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərin bu şəhərdə təşkili məsələsini müzakirə edib, Dağlıq Qarabağ problemindən danışıb: “Keçmiş merin qondarma Dağlıq Qarabağ Respublikasının prezidentini qəbul etdiyini nəzərə alıb, yeni seçilmiş merə bunun azərbaycanlılar üçün qəbuledilməz olduğunu xatırlatmışam. Bu görüşün Azərbaycan mətbuatında işıqlandırılması üçün press-reliz hazırlayıb, video-foto materiallarla bərabər ölkəmizin mətbuatına göndərdik. Bizi təəccübləndirən və məyus edən bütün məsələlər bundan sonra baş verdi. Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov bütün əlaqələrini işə salıb, həmin məlumatın saytlardan silinməsinə nail oldu. Səfirliyimizin əməkdaşları mənə telefon vasitəsilə bildirdilər ki, Dağlıq Qarabağ haqqında danışmağa ixtiyarım yoxdur! İmkan olan hər bir platformada Qarabağ həqiqətlərinin çatdırılması, Azərbaycanın haqq səsinin duyurulmasını qadağan etməyin nə qədər absurd olduğunu qeyd etməyimə heç ehtiyac da yoxdur”.

Səfir Qarabağla bağlı görüşdən imtina edib

1473411748_8120b7d0-9c65-4d3c-b990-9354f3b7b2bc

İspaniyada Navarra vilayətinin parlamentində bir neçə il öncə qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyan akt qəbul edilmişdi. F.Mustafayev məktubunda yazıb ki, bu səhvi aradan qaldırmaq məqsədilə bütün lobbiçilik fəaliyyətini həyata keçirib, Azərbaycan səfirinin vilayətin prezidenti, xanım Uşue Barkosla görüşünü razılaşdırıb. Lakin səfir Anar Məhərrəmov bu görüşdən imtina edib.

F.Mustafayev Azərbaycan hökumətindən səfir A.Məhərrəmovun fəaliyyətinin araşdırılmasını xahiş edib və araşdırmalar başa çatana qədər diaspor fəaliyyətini dondurduğunu yazıb: “Son addımı rəhbərlik etdiyim təşkilata və şəxsən özümə qarşı təhqir hesab edirəm. Bu, haqsızlıqdır, vəzifədən sui-istifadədir, mətbuata təzyiqdir, diplomatik fəaliyyətlə bir araya sığa bilməz. Bu məsələyə aydınlıq gətiriləndək mən bütün diaspor fəaliyyətimi dondururmaq məcburiyyətindəyəm.

Mən bir azərbaycanlı kimi həmişə öz dövlətimin, prezidentimin yanındayam. İnanıram ki, bu məsələyə aydınlıq gətiriləcək və Azərbaycan naminə ümumi fəaliyyətimiz zamanı biri-birimizə mane olmaq əvəzinə, dəstək göstərməyin vacibliyi amili bütün digər merkantil maraqlar üzərində qələbə çalacaq”.

 

скачанные файлы (2)

 

Əvvəlki yazı

GÜNNÜT KƏNDİ BELƏ AZAD EDİLDİ – Müdafiə Nazirliyi video yaydı

Sonrakı yazı

“Şəmkirin icra başçısı Fazil Məmmədovu satmağa hazırdır” – şok iddia

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.