Milli Hidrometeorologiya Xidməti ölkədə müşahidə olunan faktiki hava şəraiti ilə bağlı növbəti məumat yayıb.
Xidmətdən Reportyor.info-ya bildirilib ki, saat 18:00-a olan məlumata əsasən Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Zaqatala, Yevlax, Şəki, Ağstafa, Naxçıvan, Balakəndə şimşək çaxıb, yağış yağıb.
***11:14
Mayın 25-i gecə bəzi şimal və qərb rayonlarında səhərədək yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən virtualaz.org-a verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 8 mm, Zaqatala, Kişçayda (Şəki) 3 mm, Daşkəsən, Ağdərə, Tovuz, Balakən, Lerikdə 2 mm, Şahbuz, Ordubad, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Ağstafa, Oğuz, Şəki, Qrız, Mingəçevir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Astara, Xınalıqda 1 mm olub.
Bu gün səhər saatlarından güclü-şimal küləyi zəifləyib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə enib.
Bildirilir ki, gün ərzində Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, mülayim şimal-şərq küləyi əsəcək.
Azərbaycanın şərq rayonlarında da hava əsasən yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim qərb küləyi 5-10 m/s, arabir 15-17 m/s təşkil edəcək.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, aran rayonlarında 25-30, dağlıq rayonlarda 14-18 dərəcə isti təşkil edəcək.