Rayon Təhsil Şöbəsinin sabiq müdiri barəsində cinayət işi başlanıb

4 Dekabr 2018 - 13:30
43 oxunma

Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Dibirov Mahir Tacəddin oğlu barəsində cinayət işi başlanıb.

“Report”un məlumatına görə, sabiq şöbə müdiri barəsində toplanan materiallar baxılması üçün Baləkən rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hümbət Səlimovun icraatına verilib. Cinayət işi məhkəmə baxışındadır.

İş üzrə zərərçəkən iqsmində Balakən rayon Təhsil Şöbəsi tanınıb.

Qeyd edək ki, Mahir Dibirova qarşı Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"