03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ramiz Mehdiyev məşhur “general”la anlaşdı – Foto

25 Sentyabr 2020, 19:59
Gündəm
A A
Ramiz Mehdiyev məşhur “general”la anlaşdı – Foto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Reportyor.info xəbər verir ki, tender müsabiqəsinin qalibi “Vətən-N Mühafizə Xidməti” MMC olub.

“Vətən-N Mühafizə Xidməti” MMC 6 ay ərzində AMEA Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA Mərkəzi Elmi Kitabxanası “Vətən-N Mühafizə Xidməti” MMC –yə 39 min manat ödəyəcək.

Məlumt üçün bildirək ki, “Vətən-N Mühafizə Xidməti” MMC yeni yaranıb. Rəsmi məlumatlara görə MMC 27.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Hüquqi ünvanı “Xəzər rayonu, Şüvələn ŞTQ, ev 921 K”-da yerləşən MMC-nin nizamnamə kapitalı 300 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğludur.

Qeyd edək ki, Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisidir. “Riyad Mühafizə Xidməti” MMC-nin rəsmi sosial şəbəkə hesabında Qasımov Etibar Ağahüseyn oğlunun general rütbəsi daşıdığı bildirilir.

Onu da bildirək ki, mətbuatda Qasımov Etibar Ağahüseyn oğlunun eyni zamanda “Alov-Mühafizə” MMC-yə rəhbərlik etdiyi qeyd olunub.  2009-cü ildə təsis olunan “Alov-Mühafizə” MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz “Alov-Mühafizə” MMC qalib olur.

Maraqlıdır ki, AMEA-nın keçirdiyi tender müsabiqəsində Qasımov Etibar Ağahüseyn oğlu Azərbaycanda onlarla, yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edən “Alov-Mühafizə” MMC, ya da 2009-cu ildən fəaliyyət göstərən “Riyad Mühafizə Xidməti” MMC ilə deyil, yeni yaranan  “Vətən-N Mühafizə Xidməti” MMC ilə iştirak edib.

Xatırladaq ki, bir qədər əvvəl AMEA Mərkəzi Elmi Kitabxanasının adı mətbuatda direktor müavini Elnur Eltürkün tutduğu vəzifədən uzaqlaşması ilə gündəmə gəlib. Bildirilir ki, Elnur Eltürkün işdən çıxmasına ötən ilin oktyabr ayından AMEA prezidenti vəzifəsini icra edən Ramiz Mehdiyevlə Milli Məclisin vitse-spikeri Adil Əliyev arasında yaşanan gərginlik səbəb olub. Belə ki, Elnur Eltürk Adil Əliyeva yaxınlığı ilə bilinən şəxsdir. Bir qədər əvvəl isə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova da vəzifəsindəb azad olunmuşdu.

 

Leyla İmanova AMEA İqtisadiyyat İnstitutunun direktoru olan, həmçinin vaxtı ilə Azərbaycan Milli İstiqlal Partiyasını Milli Məclisdə təmsil edən sabiq millət vəkili Nazim İmanovun həyat yoldaşı və eyni zamanda da akademik Bəkir Nəbiyevin qızdır.

Məlumat üçün onu da qeyd edək ki, AMEA-nın İşlər İdarəsi mühafizə xidmətinin satın alınması məqsədilə bir həftə əvvəl kotirovka sorğusu elan edib. Kotirovka sorğusu barədə elanı “Xalq qəzeti”nin rəsmi veb-səhifəsinə 18.09.2020-ci il tarixində saat 00:18-də yerləşdirilib.

 

Tender elanında kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlərin imzalanıb möhürlənmiş kotirovka təkliflərini 17 sentyabr 2020-ci il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etmələri qeyd olunub.

Bildirilib ki, göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Maraqlıdır ki, 17.09.2020-ci il saat 12.00-da başa çatan müsabiqə elanı 18.09.2020-ci il  saat 00:18-də açıqlanıb.

Əvvəlki yazı

Sosial şəbəkədə hər kəsin danışdığı milyonluq sarayın sahibi tapıldı – VİDEO

Sonrakı yazı

Hazırda 3000-ə yaxın məhkum elektron qolbaq daşıyır – RƏSMİ

Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.