15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ramil-Qurgen qovğası necə olub? – Şok təfsilat

27 May 2020, 13:39
Manşet, Banner
A A
Ramil-Qurgen qovğası necə olub? – Şok təfsilat

Bu yazı 8 il öncə “Yeni Müsavat”da dərc olunub. Materialı Ermənistan mediasına istinadən əməkdaşımız Elbəyi Həsənli hazırlamışdı. Təbii ki, erməni mediası Ramil Səfərov-Qurgen Markaryan qovğası barədə yazarkən xeyli dərəcədə tərəfkeçlik edib, necə deyərlər, “öz sözünün göyçəyini” yazıb. Bununla belə yenə də 2004-cü ildə Macarıstanın paytaxtı Budapeştdə nə baş verdiyini anlamaq olur. Hazırda Ramil Səfərovla bağlı məsələnin yenidən aktuallaşdığını nəzərə alaraq 8 il öncə yazılmış yazını təqdim edirik.

***

Ermənistanın “Panorama.am“ saytı ilk dəfə olaraq Azərbaycan zabitinin məhkəmə qərarını açıqlayıb. Saytın iki hissəyə ayırdığı yazıda bəlli hadisə ilə bağlı şok təfərrüatlar yer alıb. Bu məqamlara keçməmişdən qeyd edək ki, məhkəmə qərarını təbii ki,ermənilər öz istəklərinə uyğun şəkildə təfsir ediblər. Buna baxmayaraq, bu sənəd rəsmi xarakter daşıdığından manupulasiya imkanları xeyli məhdudlaşıb. İstənilən halda, nəzərdə saxlamaq lazımdır ki, bu xəbər erməni mediasına istinadən hazırlanıb,yəni doğru olmayan və ya saxtalaşdırma məqamlarının olması da istisna edilməməlidir… Lakin indiyədək heç kəsin bilmədiyi (bir neçə nəfər istisna olnmaqla) bu məlumatlar rəsmi məhkəmə protokollarıdır və bunlar R.Səfərov-Q.Markaryan münaqişəsinə işıq tutur.

Yazının noyabrın 6-da çap olunmuş bölümündə “əhatəli“ bir giriş verilib. Girişdə erməni təbliğatı üçün gərəkən məqamlar və ənənəvi uydurma arqumentlər sıralanıb. Təbii ki, belə arqumentlərdən yaxşı xəbərdar olan oxucularımızı hadisənin təfərüatları daha çox maraqlandırır.

Belliklə,2004-cü ilin fevralın 19-də baş vermiş olayın səbəbləri barədə məhkəmənin qərarında deyili ki,cinayət xüsusi qəddarlıqla,əvvəlcədən planlaşdırılıb. Cinayətkar ikinci şəxsi də öldürməyə cəhd edib. Bunu nəzərə alaraq Məhkəmə ömürlük həbs qərarı verib. Məhkum yalnız 30 il sonra əfv olunmaq üçün dövlət orqanlarına müraciət edə bilər.
“NF, 3383/2004/ 16-I” nömrəli cinayət işində Ramil Səfərov haqqında geniş məlumat verilir:”199-ci ildə – 14 yaşında Bakı Hərbi Məktəbinə daxil olub. Bir il sonra Türkiyədəki hərbi məktəbə göndərilib. 4 il orada oxuduqdan sonra 4 il də hərbi akademiyada təhsil alıb. Daha 1 il təkmilləşmə ilə bağlı Türkiyədə qalıb. Cinayət törətdiyi vaxt baş leytinant rütbəsində olub və Azərbaycanın Ali Hərbi Məktəbində xidmət edib. Əvvəllər məhkum olunmayıb”.

Qeyd olunur ki, R.Səfərov cinayəti ayıq başla törədib. Psixoloji problemi olmayıb. Daha sonra məhkəmə qəraraında cinayətin səbəbləri sadalanır. Bu hissədə də maraqlı məqamlar var:”Dağlıq Qarabağ Azərbaycanın cənub-qərbində ,Qarabağ dağının şərqində,Ermənistana yaxın ərazidə yerləşir. Qarabağ xanlığının keçmiş ərazisi olan bu coğrafiyada 1923-cü il iyunun 7-də Dağlıq Qarabağ Müxtar Respublikası yaradılıb. Qurum Azərbaycanın tabeliyində olub. 1988-ci ildə müxtar vilayətin statusu ləğv olunub. Nəticədə Qarabağla Azərbaycan arasında (?) müharibə başlayıb. 1993-cü ildə əraziyə nəzarət bütövlükdə erməni əhalinin əlinə keçib. Bir il sonra Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunub. 1996-cı ildə Dağlıq Qarabağ öz müstəqilliyin elan edib. Müttəhim Dağlıq Qarabağın yaxınlığındakı Cəbrayıl kəndində (?) doğulub.

Vətəndaş müharibəsi (?) zamanı ittiham olunan doğmaların (valideynlərin,qardaşların) itirməyib,onların arasında yaralananlar da yoxdur. Amma hərbi əməliyyatlar zamanı müttəhim bir neçə uzaq qohumunu və yerlilərini itirib. Amma mülkü şəxslər arasında baş vermiş itkilər barədə məlumat əldə edib. Belələri arasında qadınlar, yaşlılar, uşaqlar da olub. Elə bu səbəbdən də onda ermənilərə qarşı nifrət hissi yaranıb. Vətəndaş müharibəsi zamanı o, yetkinlik yaşında olmayıb. Şəxsən müharibədə iştirak etməyib. Ancaq yaralı əsgərlərin daşınmasına yardımçı olub. O, hərbi məktəbi bitirib geri döndükdən artıq vətəndaş müharibəsi başa çatmışdı…

2004-cü ilin 11 yanvarında Ramil Səfərov 3 aylıq ingilis dili kursuna qatılmaq üçün Budapeştə gəlib.

Kursa keçmiş sovet ölkələrindən (hər birindən 2 zabit olmaqla) hərbçilər dəvət olunmuşdu. O cümlədən macar zabitləri də Mikloşa Zrini adına Milli Univerisitetdə iştirak ediblər.

Kursun dinləyiciləri arasında sonra zərər çəkmiş erməni zabiti leytinant Qurqen Markaryan və kapitan Qayk Makuçyan da olub”…

Qətlə yetirilən Qurgen Markaryanın Azərbaycan bayrağını təhqir etməsi təsdiqlənib…

Kursa gələnlər Budapeşt şəhərində, X rayonunda, Dairəvi küçə Hunqariyada 9-11 saylı binada yerləşdirilib. Binanın 3-cü mərtəbəsindəki iki nəfərlik otaqlar onların ixtiyarında olub. Yerlər bölünərkən xüsusi diqqət verilib ki, kursa gələnlər ingilisçə danışsınlar deyə eyni yerdən gələn zabitlər müxtəlif otaqlara yerləşdirilib…

Qurqen Markaryan 218/a otağında macar zabiti Balaşam Kuti ilə olub, ikinci erməni zabit Qauk Mukuçyansa 220/b otağında litvalı zabit Palyus Salyusla qalıb. İttiham olunan şəxs isə ukraynalı zabitlə qalıb. Amma həmin zabit bu hadisədən əvvəl bir həftəlik məzuniyyət alıb. Cinayət törədilən zamanı R.Səfərov otaqda bu səbəbdən tək qalırmış. İkinci azərbaycanlı zabit Anar Raufsa başqa bir zabitlə üzbəüz otaqda qalırmış.

Kurs başlayarkən məlum olub ki, iki nəfər erməni zabiti də burada qalacaq. İlk günlər onlar (azərbaycanlı və erməni zabitləri) bir-birləri ilə salamlaşırmışlar. Sonra bu salamlaşma kəsilir. Onlar müxtəlif qruplarda təhsil alsalar da eyni mərtəbədə qalırmışlar. Qarşılaşanda erməni zabitlər gülürmüşlər. Ona (R.Səfərova) elə gəlirmiş ki, ermənilər özlərini müzəffər tərəfin məğlub tərəf qarşısında aparan kimi aparırlar.

2004-cü ilin 1 fevralında kursa gələnlərin Keçkemek şəhərinə ekskursiyası təşkil olunur… Avtobus dayanarkən Markaryan Ramil Səfərovun ayağına güclü zərbə ilişdirir. Amma Səfərov buna reaksiya verməyib. Gözləyib ki, o, gəlib üzr istəsin. Ancaq Markaryan bunu etməyib. Belə olduqda müttəhim öz yerindən durub ona yaxınlaşıb və soruşub ki, hər hansı problem varmı? Markaryansa deyib ki, ayağı onun ayağına təsadüfən dəyib. Və gülüb. Müttəhim fikirləşib ki, erməni zabit çox içib və öz yerinə qayıdıb. Geri, univerisitetə döndükdə isə müttəhim eşidib ki, onun arxasınca gələn erməni zabitləri yüksək səslə mahnı oxuyurlar və gülürlər. Mahnının bəzi yerlərində “Qarabağ-Arsaq” ifədələri səslənib və daha sonra onlar ermənicə söyüş söyüblər.

Bu hadisədən bir neçə gün sonra isə müttəhim dəhlizdə Xorvatiyadan olan mayorla söhbət edərkən Markaryan basketbol topunu onların arasına güclü zərbə ilə vurub.

Fevralın 16-sı axşam saat 22:00 radələrində müttəhim dəhlizdə siqaret çəkirmiş. Bu zaman o, Markaryanın litvalı zabit Polyusla söhbətinin şahidi olub. Həmin söhbətdə Azərbaycan bayrağ məsələsi də hallanıb. Bundan bir neçə gün əvvəlsə litvalı öz ad gününü qeyd edib. Onda azərbaycanlı zabitlər hədiyə kimi brelokda olan Azərbaycan bayrağını litvalı zabitə hədiyə ediblər. Bundan başqa, hədiyyə olaraq Laum (?) qalasının maketini də ona bağışlayıblar. Həmin söhbət zamanı Səfərov eşidib ki, Markaryan Azərbaycan bayrağını təhqir edir.

Bu məsələ ilə bağlı azərbaycanı zabitlər dil kursunun rəhbəri Demeter Atillaya məlumat veriblər. Bildiriblər ki, bəzən kurslarda müsəlman qadınlar haqqında xoşagəlməz sözlər deyilir, dərsdən sonra isə İslamın terrorla əlaqələndirilməsi istiqamətində söhbətlər olur. Amma azərbaycanlılar son məsələlərlə bağlı ermənilərin adını çəkməyiblər.

Zərər çəkmiş Qurqen Markaryan 1978-ci ildə anadan olub. Müttəhimdən 1 yaş balacadır. Hadisə baş verərkən onun 27 yaşı olub. Boyu 178 cm. olan zabit idmançı cüssəyə malik sağlam adam olub və leytenant kimi erməni ordusunda xidmət edib”.

Sənədin “Cinayətə hazırlıq” bölümündə də maraqlı faktlar var:”Dil kursunda olarkən müttəhimdə 24 fevralda belə bir fikir yaranıb ki, 1992-ci il 26 fevralda baş vermiş və mülki əhali arasında çoxsaylı qurbanlarla yekunlaşmış hadisə ilə əlaqədar olaraq hər iki erməni zabitini öldürsün.

Onda ermənilərə qarşı qisasçılıq və nifrət hissi getdikcə artırdı. O, artıq qeyd olunan günün ildönümünə qədər gözləmək istəmirdi. 19 fevralda səhərə yaxın onu öldürməyi düşünüb. Planını həyata keçirmək üçün 17 fevralda 19:00 radələrində o,” TESCO-GLOBAL” hipermarketində olub. Uzunluğu 65 sm. eni 17×12,5sм olan balta və onu itiləmək üçün yiyə alıb və baltanı öz otağında gizlədib.

Növbəti gün axşam o, azərbaycanlı zabitlə öz otağında saat 22:30-a qədər söhbət edib. Sonra həmin zabit yatmaq üçün öz otağına keçib. Bundan sonra müttəhim ingilis dili ilə bağlı tapşırıqları yerinə yetirib. Sonra baltanı itiləməyə başlayıb. Vanna otağına keçib, sonra dəhlizə siqaret çəkmək üçün çıxıb. 19 fevral səhər saat 5-ə qədər gözləyib. Düşünüb ki, məhz həmin vaxt yuxu daha dərin olur.

Cinayətin törənməsi

Cibinə xəncər tipli bıçaq qoyan R.Səfərov əlində balta dəhlizə çıxıb. O, bilirdi ki, sağlam cüssəli Markaryan hansı otaqda yatır. Həmin otağın qapısın açır. İşığı yandırır. Qurqen Markaryanın hansı yataqda olduğunu bildikdən sonra ona tərəf gedir. Ona yaxınlaşıb baltanın iti tərəfi ilə onun başına və boynuna 3 dəfə zərbə endirir. Sonra onun sinəsinə və əzalarına də vurur. Müttəhim yaranmış səs-küyə oyanan zabit Balaş Kutini sakitləşdirir, ona bildirir ki, onunla heç bir işi yoxdur. Ramil Səfərov cinayəti törədərkən rus dilində təhqirlər səsləndirib, Qurqen Markaryanı öldürdükdən sonra siqaret yandırıb, siqareti sona qədər çəkib və kötüyünü də onun sinəsinə atıb…”

***

Bu detallar bir daha sübut edir ki, öldürülən erməni zabiti dəfələrlə Ramil Səfərova ilişib, Azərbaycanı, azərbaycanlı qadınları və ən dəhşətlisi, Azərbaycan bayrağını təhqir edib. Kursun başlanğıcında ermənilərlə salamlaşan azərbaycanlı zabitlər məhz ermənilərin təhqiramiz, aqressiv davranışları səbəbindən az sonra onlarla salamlaşmanı kəsməyə məcbur olublar. Onların hərəkətləri barədə şikayətçi də olublar. Ramil Səfərov Markaryanın günlərlə davam edən təhqirlərinə dözməyərək, nəhayətdə, Azərbaycan bayrağını təhqir etməsi faktından sonra onu cəzalandırmaq qərarına gəlib…

Əvvəlki yazı

Gürcüstanda turizm obyektləri açılır

Sonrakı yazı

Zelenski Əliyevi təbrik etdi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.