14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rafiq Əliyev: “Əxlaq tısbağa sürəti ilə inkişaf elədi”

15 Aprel 2020, 10:31
Uncategorized
A A
Rafiq Əliyev: “Əxlaq tısbağa sürəti ilə inkişaf elədi”

Yenisabah.az-ın bu və digər suallarını professor, MBA proqram direktoru, “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti Rafiq Əliyev cavablandırıb:

– Rafiq bəy, koronavirus pandemiyasının dünyanın simasını dəyişəcəyi ilə bağlı proqnozlarla razısınızmı? Sizcə, nə dəyişəcək? 

– 2013-cü ilin əvvəlində İctima Televiziyada “Açıq dərs” verilişi var idi. Bu verilişi Cəsarət Valehov aparırdı, çox maraqlı idi. Orada mən dedim ki, dünya indiki vəziyyətdə partlayışa doğru gedir. Bildirim ki, Amerika alimləri bir simvolik saat düzəldiblər. Saatda 12:00 axirət günüdür. Mən bu cümləni deyəndə isə saat 11:55 idi. Saat simvolik olduğu üçün dünyada olan situasiyadan asılı olaraq onun əqrəblərini ya arxaya, ya da qabağa çəkirlər. 2018-ci ildə 11:58 elədilər. Dünyanın entropiyası çoxaldı. Bu baş verəndə həmişə dağıntıya səbəb olur. Entropiya düzüm ölçüsüdür, yəni İlahi düzümün dünyamızda nə qədər olduğu müəyyənləşir.

2019-cu ildə isə saatı dəyişmədilər, axirət günü üçün 2 dəqiqəni saxladılar. Bu, o demək idi ki, ey insan oğlu, sən kiçik bir gəmidə oturmusan, fərqi yoxdur hansı millətdənsən, burada hamı bir yerdə batır. Bu gün adi, gözə görünməyən, nano ölçülü bir virusun qabağında bütün dünya acizdir. İndi nə etmək lazımdır? Mənim düşüncəmə görə iki alternativ var. Ya elə olduqları kimi qalacaqlar, ya da o saatın əqrəblərni geri çəkiləcək, yəni yeni bir svilizasiyaya gediləcək.

“Açıq dərs”də mən demişdim ki, 30-cu illərə yaxın dünya yeni bir svilizasiyada yaşayacaq, çünki bugünkü özünü doğrultmadı. Yeni svilizasiya tolerantlıq svilizasiyası olmalıdır. İnsani münasibətlər dəyişməlidir. Ölkələr, milllətlər, o cümlədən fərdlər dəyişməlidir. Bu taclı kabus “Damokl qılıncı” kimi başımızın üstündə dayanıb. Bu virus canlar aparır, həmçinin koronafobiya kimi yeni bir xəstəlik də yaradıb . Alternativ isə odur ki, insan oğlu katarsisdən keçməlidir. İnsan bəlalara düçar olub oradan çıxmağı, bunu etiraf etməyi bacarsa, biz yeni svilizasiya yaşayacağıq. Əgər tövbə etməyi bacarmasaq, 2 dəqiqədən sonra bir dəqiqə qalacaq.

– Reallıq ondan ibarətdir ki, xilas yolu hələ də tapılmayıb. Elmi-texniki tərəqqi, kəşflər, əldə olunan nailiyyətlər niyə insanların köməyinə çatmır? 

– Yaxşı sualdır. Bilirsiz, elm çox inkişaf elədi. Mən öncəki məqalələrimdə həmişə yazmışam ki, elmin inkişafında bir açar olmalıdır. Yəni bu inkişaf hara qədərdir? Xirosimaya ABŞ atom bombası atanda Eynşteyn dedi ki, mən bilsəydim bu nəzəriyyəni yaratmazdım. Qədim bir rəvayət var, yəhudi rəvayətidir, hətta bunun haqqında Vikipediyada informasiya var. Bir kahin qolem, yəni torpaqdan və ya gildən bir varlıq yaradır. Ona can verir, amma ruh vermir, sonra bu sərbəstləşir, çox rəzalətlər törədir. Nəticədə onu yaradan həmin kahin onu öldürməyə məcbur olur. Amma bu gün biz yaratdığımız qolemi öldürə bilmirik, çünki elmimizin gücü çatmır. Bu gün o kiçik kosmik gəmimizi 150 dəfə məhv etmək üçün bizim silahımız var. Amma o nano ölçüdə olan virusa heç nə edə bilmirik. Çünki qolem artıq bizdən çıxmışdı. XX-XXI əsrlərdə elm çox, əxlaq isə tısbağa sürəti ilə inkişaf elədi. Mənim fikrimcə, yeni svilizasiyada elm ilə əxlaq arasındakı uçurum götürüləcək.

– İndiki vəziyətə baxdıqda post-korona dövrünü necə təsəvvür edirsiniz? 

– Düzdür, az əvvəl dedim, canlar aldı, fobiya yaratdı və s. Amma bunun yaxşı tərəfini də görürəm. Bu, ilahi düzümün pozulmasına bir siqnal idi, insanlar bunu dərk edib nəticə çıxara bilər. Təbii ki, bu sönüb gedəcək, heç şübhəm də yoxdur. Maraqlı olan insan oğlunun hansı yönü seçəcəyidir. Çünki qarşıdan gələn dövr bundan asılıdır. Onlar svilizasiyanı seçə bilər, yəni təfəkkürü, yeni məntiqi… Üzgörənlik olmasın, mənim elm sahəm qeyri-səlist məntiqdir. Lütfi Zadə məntiqidir. Təfəkkürün forması məntiqdir. Svilizasiyanın forması qeyri-səlist məntiq olacaq, yəni tolerantlıq. İnsanlar mövcud vəziyyətdən nəticə çıxarmalıdırlar.

– Rafiq müəllim, bildiyiniz kimi, virus siyasətə, iqtisadiyyata, təhsilə, ümumiyyətlə, əksər sahələrə mənfi təsir göstərdi. Bir müddət sonra bu sahələr üzrə vəziyyətin qaldığı yerdən davam etməsi mümkündürmü?

– Ən böyük zərəri iqtisadiyyat gördü. Hazırda dünyada misli görülməmiş iqtisadi çöküş var. Hələ birinci iqtisadi böhran vaxtı biz yazmışdıq ki, dünya iqtisadiyyatı hörümçək kimi bir-birinə bağlıdır. İqtisadi tellər bütün ölkələri birləşdirib. Bu böhrandan kənarda qalan ölkənin olacağına inanmıram. Bu gün siyasətçinin də, biznes adamının da, milyonçunun də, çobanın da (çobanı alçaltmaq fikri ilə demirəm) son ümidi elmdir. Hamı gözləyir ki, vaksin tapılsın. Hamı gözləyir ki, alimlər nəsə etsin. İqtisadiyyatın da qalxması üçün o elmə söykənilməlidir. Ancaq elmə söykənən iqtisadiyyat inkişaf edə biləcək.

– Bir neçə gün əvvəl sosial şəbəkədə virusla bağlı maraqlı fikirə rast gəldim. Yazılanlara görə, fikrin müəllifi məşhur aktyor Morqan Frimandır, lakin düzü, dəqiq onun deyib-demədiyini bilmirəm. Cümlə bu idi: “Hazırda virusun yayıldığı 179 ölkədə 50 fərqli Tanrıdan kömək istənib. Tanrıların heç biri geri dönüş etməyib. Lakin elm peyvəndi tapanda hər kəs öz Tanrısına təşəkkür edəcək”. Elmə dəyər baxımından bu yanaşmanı bəyəndim. Siz necə düşünürsüz? 

– Fikrimcə, Allaha ümid etmək həmişə lazımdır. İnsan azaddır. Bütün böhranlar İlahi düzümün pozulmasının nəticəsidır. Elə şeylər var ki, onun tərifi yoxdur. Allaha da tərif vermək lazım deyil. ABŞ-ın üçüncü prezidenti inaqurasiya vaxtı xalqa müraciət edəndə belə bir ifadə işlədib: “Bütün kainatı idarə edən səlahiyyət sahibi yardımçınız olsun”. Qabaqkı yazılarımda da var, hətta məni buna görə bir neçə dəfə tənqid edənlər də olub, mən yazmışdım ki, Tanrısız alim mən tanımıram. Məsələn, Eynşteyn dünyasını dəyişəndə bir ifadə işlədib: “Tanrı kainatla zər oyunu oynamır”. Burada o nəyi demək istəyirdi? O, öz məqaləsini tənqid etmək istəyirdi. Həmin məqalə ehtimal nəzəriyyəsinə əsaslanırdı. Ehtimal nəzəriyyəsi də XVII əsrdəki qumar oyunlarından gələndir. O, həmişə Allaha inanıb. Lütfi Zadə ilə 30-40 il ailəvi dost olmuşuq. Mənim müəllimim olub. Onun leksikonunda ən çox istifadə olunan söz “inşaAllah” olub. Elm şübhələrin üzərində qurulub. Ona görə də həmişə bu sözü işlədərdi. Böyük mütəfəkkirlər də Allaha inanıb. Vallah, mən Allahsız tanımıram.

– Filosofların əksəriyyəti ateist olur… 

– Bəziləri… Məni tənqid edən cəmi bir filosof var idi, indi Amerikaya köçüb, orada yaşayır. Mən cavabımda ateistləri tənqid etmədiyimi deyirdim. Çünki onun öz fikri var. Tolerant olmaq lazımdır. Sən niyə deyirsən ki, mən Allahı başımın üstündə görürəm? Sən niyə məni tənqid edirsən? Çünki tolerantlıq yoxdur. O, Aristotel məntiqi ilə işləyir. Hə və yox, ağ və qara, dost və düşmən məntiqi ilə işləyir. Mən ateistlərin pis və ya yaxşı olduğunu demirəm, hər kəsə hörmət edirəm. Yeni svilizasiyada da əgər doğru yolla getsələr, daha çox tolerantlıq olacaq, insanlar lazımsız yerə bir-birini təhqir etməyəcək, müharibə olmayacaq, gedib İraqı bombalamayacaqlar.

– Az əvvəl elmin virus qarşısında aciz qaldığını dedik. Sizcə, bu bəladan qurtulduqdan sonra elmin inkişafı üçün addımlar atılacaqmı? Baş verənlər tibb elminin inkişafına hələ də çox böyük ehtiyac olduğunu göstərir… 

– Əgər birinci alternativ seçilsə, məhz sizin dediyiniz kimi olacaq. Bilmirəm mətbuatda oxuduz ,ya yox. Bir İspan virusoloq dedi ki, futbolçulara milyonlarla pul verirsiz, bizim maaşımız isə 1500-2000 avrodur. İndi gedin futbolçulardan əlac istəyin. Bu, çox gözəl söz idi. Çünki ümid futbolçuya yox, elm adamınadır, ona daha çox şərait yaradılmalıdır. Mən kimisə aşağılamaq niyyətində deyiləm. Bu söz elə şou-biznes milyonçularına da aiddir. Həmçinin xaricdən 3-5 milyona müğənni gətirdənlər var idi, gedib indi tapsınlar da çarəni…

Elmə fikir verilməlidir. Əvvəlki yazılarımda da yazmışam, ziqzaqlardan bəşəriyyəti elm çıxarıb. Mənim dostlarım var. Ramiz Rövşən, Musa Yaqub, Anar dostumdur. Onlara da deyirəm ki, ədəbiyyat çox gözəl bir şeydir. İnsanlığın formalaşması üçün lazımdır. Ən böyük dil musiqidədir. Amma bunlar bu gün koronavirusa qarşı heç nə edə bilməzlər. Sabah başqa bir dolanbaca düşsək, yenə heç nə edə bilməyəcəklər. Onlara belə deyəndə incimirlər, razılaşırlar. Artıq elmə fikir veriləcəyini düşünürəm.

Əvvəlki yazı

Prezident nazirləri topladı – videokonfrans

Sonrakı yazı

Koronavirusa yoluxanlar 2 milyonu ötdü

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.