R.Behbudov adına Mahnı Teatrında “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu-100” adlı möhtəşəm gecə keçirilib

15 Sentyabr 2018 - 11:53
149 oxunma

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” mövzusunda möhtəşəm gecə geçirilib.

”Reportyor.info” xəbər verir ki, tədbirə Türkiyədən ölkəmizdə səfərdə olan qonaqlar da böyük heyətlə qatılıblar. Tədbir iştirakçıları Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin ruhunu yad ediblər. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, 1918-ci ildə baş vermiş bu hadisəni birlikdə qeyd etməyimiz bizim üçün çox önəmlidir deyib və bunun əhəmiyyəti barədə geniş fikirlərini bölüşüb. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov rəhbərlik etdiyi təşkilatın ənənəvi olaraq Bakının işğaldan azad edilməsinin ildönümünü qeyd etdiyini vurğulayıb və bu tarixi hər il bayram kimi qeyd etməyin önəmini xüsusi vurğulayıb. Tədbirdə çıxış edən millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva Türk Qafqaz İslam Ordusunun qəhrəmanlığından, Azərbaycan üçün xidmətlərindən geniş söhbət açıb. İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu da çıxışında iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrindən danışıb. Tədbirdə Nuru Paşanın qardaşı Ənvər Paşanın nəvəsi, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin sədri Qənirə Paşayevanın dəvəti ilə tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn Arzu Eroğan da iştirak edib. Arzu xanım ailə adından təşkilatçılara təşəkkür edib, bu cür tədbirlərin yeni nəslin yetişməsində müsbət amil olduğunu və Azərbaycanı da Vətən kimi gördüyünü deyib. Millət vəkili Q.Paşayevaya dəvət üçün təşəkkürünü bildirən Arzu Ənvər Eroğan Q.Paşayevaya Nuru Paşa Paşanın şəxsi kolleksiyasında və heç bir yerdə nəşr olunmayan özəl arxivindən 2 şəkil hədiyyə edib. Bu dəyərli hədiyyə üçün təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bu qiymətli hədiyyəni gələcək nəsillər üçün tariximizlə bağlı muzeylərə hədiyyə edəcəyini deyib və təşəkkürünü bildirib.

Tanınmış sənətçimiz Şəmistan Əlizamanlının apardıcılığı ilə keçirilən tədbirdə böyük şairimiz, “Nuru Paşa” poemasının müəllifi Nəriman Həsənzadə, qardaş Türkiyədən gəlmiş şəhid ailələri, qazilər cəmiyyətləri sədrləri də geniş çıxış ediblər.

Tədbirdə tanınmış sənətçimiz Şəmistan Əlizamanlı, Əməkdar Artistimiz Nuriyyə Hüseynova və millət vəkili Q.Paşayevanın dəvətini qəbul edərək bu tədbirlədə iştirak etmək üçün Azərbaycana gələn, müstəqilliyik uğrunda mübarizə apardığımız illərdə SSRİ rəhbərliyinin törətdiyi dəhşətli 20 yanvar faciəsi zamanı “Ağla, qərənfil,ağla” şeirini bəstəliyib ifa edərək bütün Türkiyəyə həqiqətləri çatdıran sənətçi Hasan Sağındığın ifa etdikləri milli əsərlər alqışlarla, böyük coşğu ilə qarşılanıb. Tədbir “inşallah gələn tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək” arzusu ilə başa çatıb.

Arifə

Reportyor.info

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - [email protected]

Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - [email protected]

Giriş | Hazırladı "Qurdqanlı Design"