Rəsmi Yerevandan Moskvaya əcaib etiraz:”Biz Qafqaz tatarları ilə Türkiyənin mövcudluğuna qarşıyıq”

21 May 2019 - 15:25
195 oxunma

“Ermənistan Türkiyənin mövcudluğuna və Qafqaz tatarlarına qarşı mübarizə aparıb və bu mübarizənin qəhrəmanlarına hörmət edir”.

“Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Rusiya Xarici İşlər Nazirliyinin mayın 9-da yaydığı hesabata münasibət bildirərkən deyib.

O, İkinci Dünya müharibəsi zamanı faşistlər, Üçüncü Reyxlə əməkdaşlıq etmiş Qaregin Njdeyə heykəlin isə Serj Sarqsyanın prezidentliyi dövründə qoyulduğunu, milliyyətçi yönlü “Sasna Srer”in isə siyasi təşkilat kimi 2018-ci ilin payızında qeydiyyata alındığını bildirib.

Mətbuat katibi ermənilərin bu müharibədəki rolundan və s. bu kimi xidmətlərindən, ölkəsinin demokratiya yolunu tutduğunu vurğulayıb.

Rusiya XİN həmin açıqlamada milliyyətçiliyin qəhrəmanlıq kimi təqdim edilməsi, müasir irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla əlaqədar yaranan dözümsüzlüyün gərginlik yaradan amillər olduğunu bəyan edib. Həmin sənəddə Ermənistan da daxil olmaqla 40-dan çox ölkədəki siyasi, ictimai vəziyyət təhlil edilib/Report.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"