Rəsmi Tehran ABŞ-a nota verdi –”İnqilab Keşikçiləri” ilə bağlı qalmaqal böyüyür

8 Aprel 2019 - 22:40
153 oxunma

ABŞ-ın İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına rəsmi Tehrandan sərt reaksiya gəlib.

Strateq.az xəbər verir k,  İran Xarici İşlər Nazirliyi  bununla bağlı ABŞ-a rəsmən nota verib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Əli Nəcəfi Hoşrudi isə bildirib ki, bu qərardan dərhal sonra XİN başçısı Cavad Zərifin rəhbərliyi ilə toplantı keçirilib: “Elə həmin toplantıda Zərif qeyd edib ki, ABŞ-ın bu qərarı  təhlükəlidir, cavabsız qalmayacaq və gərəkli addımlar atılacaq”.

Bu arada isə ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, bir həftə içində İran İnqilab Keşikçiləri Korpusuna qarşı yeni sanksiyaların tətbiqinə başlanılacaq.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"