Rəsmi Tbilisi:“Azərbaycanla sərhəddə insidentin təkrarlanmasına yol verilməyəcək”

19 İyul 2019 - 01:31
219 oxunma

“Ümid edirik ki, Azərbaycanlı həmkarlarımızla birgə dövlət sərhədinin delimitasiya prosesi ölkələr arasındakı strateji tərəfdaşlıq ruhuna uyğun olaraq başa çatdırılacaq”.

Bu barədə Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia yerli İctimai televiziyaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Gürcüstanın hökumət komissiyası iyulun 14-də Keşikçi-Dağı Məbəd Kompleksində baş verən insidentdən narahatdır: “Gürcüstan tərəfi bu cür təxribatları qınayır. Bu cür halların təkrarlanmasına yol verilməyəcək”.

L.Darsalia insidentlə bağlı ətraflı araşdırmanın aparıldığını deyib.

O, Gürcüstanın delimitasiya prosesinin başa çatmasında maraqlı olduğunu qeyd edib.

İyulun 14-də Azərbaycan Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib/Report.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"