Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

RƏSMİ NİKAHDAN, “İNCİL”Ə AND İÇMƏKDƏN VƏ XAÇ SUYUNDAN İMTİNA EDƏN BAŞ NAZİR- Mühəndislikdən siyasətə gələn, futbol azarkeşi olan Aleksis Tsipras…

2018-12-24
in Manşet
0
RƏSMİ NİKAHDAN, “İNCİL”Ə AND İÇMƏKDƏN VƏ XAÇ SUYUNDAN İMTİNA EDƏN BAŞ NAZİR- Mühəndislikdən siyasətə gələn, futbol azarkeşi olan Aleksis Tsipras…
0
Paylaşılıb
11
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

News.ru, (Rusiya)

Bənzər Yazılar

Füzulinin Qarakollu kəndindən – VİDEOREPORTAJ

Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi

Azərbaycanda daha 353 nəfər yoluxdu – Günün statistikası

Yunanıstanın baş naziri Aleksis Tsipras 1974-cü ildə Afinada anadan olub. Valideynləri kənddə doğulub boya-başa çatsalar da, Aleksis dünyaya gələndə artıq şəhərə köçmüşdülər. Maraqlıdır ki, gələcək baş nazir “qara polkovniklərin” hərbi xuntasının süqutundan beş gün sonra dünyaya gəlmişdi. Evin sonbeşiyi olan Aleksisin özündən böyük bir bacısı, bir qardaşı var.

Aleksis siyasətə hələ məktəb yaşlarından maraq göstərib. Yuxarı sinifdə oxuyarkən Yunanıstanın Kommunist Partiyasının gənclər qanadında təmsil olunmağa başlayıb. Və qısa zamanda tanınmış fəala çevrilib.

1991-ci ildə təhsil sahəsində aparılan islahatlara etiraz olaraq yaşıdlarının keçirdiyi aksiyaya rəhbərlik edib. Tsipras etirazçılarla birgə öz oxuduğu məktəbi ələ keçirir. Şagirdlər məktəb binasından bir neçə ay çıxmayıblar. Orada yatıb, yeməklərini orada yeyib, zibilləri təmizləyiblər.

Aksiyanın nəticəsi olaraq hakimiyyət geri çəkilməyə məcbur olub. Şagirdlərin adından təhsil naziri ilə danışıqları Tsipras aparıb. Etirazçı gəncliyin səsini televiziyada da səsləndirib.

«Tsipras ağıllı, sakit, həm də çox məlumatlı biri kimi məni heyran qoymuşdu. O, mübarizələrinin nəticəsinin uğurla sonlanacağına çox da inanmayan minlərlə uşağın maraqlarını təmsil edirdi”, – deyə Tsiprasın yoldaşlarından olan Matvey Tsimitakis bildirib.

Məktəbi başa vurduqan sonra Afina Dövlət Texniki Universietinin inşaat fakültəsinə daxil olub. Diplomunu alandan sonra bir neçə il mühəndis kimi işləyib. Afinanın yenidənqurması ilə bağlı çoxlu sayda layihənin müəllifi olub.

Lakin yenə də əsas marağı siyasət olub. Müxtəlif siyasi aksiyalarda iştirak edib. Bütün aksiyalara da öz tələbə yoldaşlarını da gətirib.
Universitetdə oxuduğu illərdə Tsipras ekologiyanı müdaifiə edənlərin və anarxist fəalların təsis etdiyi radikal solçu “Entselad” hərəkatına qatılıb.

Tsiprasda liderlik qabiliyyətlərini görən yoldaşları onu universitetin həmkarlar ittifaqına rəhbər seçiblər. Bu strukturun nümayəndəsi kimi Tsipras 1995-ci ildə Yunanıstan tələbələrinin Milli Şurasına daxil olub.

Tsiprasın əsas siyasi karyerası 1999-cu ildə – solçu koalisyon hərəkat olan “Sinaspizmos”un gənclər qanadına siyasi katib seçiləndə başlayıb. O, bu postda dörd il – hərəkatın gənclər və təhsil üzrə katibi seçilənədək qalıb.

2006-cı ildə Afina meri postuna namizəd kimi seçkilərdə iştirak edir. Lakin nəticəsi ürəkaçan olmur, Tsipras 10 faizdən bir qədər artıq səs yığaraq üçüncü yeri tutub.

Lakin 2008-ci ilin fevralında – 33 yaşında ikən Tsipras “Sinaspizmos”un sədri seçilib. Həmin vaxt hərəkat artıq partiyaya çevrilmişdi. Qurultay nümayəndələrinin 70 faizinin dəstəyini qazanan Tsipras Yunanıstan tarixində parlament partiyasının ən gənc lideri olub.

Tsiprasın iştirakı ilə təsis edilən solçuların koalisiyası SİRİZA 2012-ci ildə iki dəfə növbədənkənar parlament seçkilərin qalibi olub. 2015-ci ilin yanvarında – siyasi böhranın ardından Aleksis Tsipras koalisyon hökumət qura bilib və onun rəhbəri olub.

Aleksis Tsipras gələcək həyat yoldaşı Peristera Baziana ilə 13 yaşında tanış olub. Baziana da Tsipras kimi Kommunist Partiyasının gənclər qolunda təmsil olunurdu və faəllardan biri idi. Həmin tanışlıqdan sonra cütlük heç vaxt ayrılmayıb. Buna baxmayaraq, onlar rəsmi nikaha daxil olmayıblar və bu gün də vətəndaş nikahında yaşayırlar. Tsipras və Baziana şəxsi həyatları barədə dövlət strukturlarına məlumat vermək zərurəti hiss etmirlər.

Məktəbi bitirəndən sonra Baziana mühəndis-elektrik ixtisası üzrə təhsil alır. Lakin o da Tsipras kimi həyatını siyasi mübarizəyə həsr edir.

Tsipras şəxsi həyatını sirr kimi saxlamasa da, bu barədə çox danışmağı sevmir. Cütlük səyahət etməyi çox sevir. Ailə həyatı qurduqları vaxtdan bu yana Tsipras və xanımı Yunanıstanın adalarında çoxsaylı tətillər keçiriblər.

Baş nazirin iki oğlu var. Kiçik oğluna məşhur inqilabçı Ernesto Çe Gevaranın şərəfinə Ernesto adını qoyub. Çe Gevara Tsiprasın ən çox sevdiyi tarixi şəxsiyyətdir.

Yunanıstan baş naziri övladları və xanımı ilə Afinadakı sıradan çoxmərtəbəli binadakı mənzildə yaşayır. Tsipras hökumətin başına gələndən sonra bəzi KİV-lər baş nazirin dəbdəbəli villaya köçdüyünü yazdı. Lakin sonrakı araşdırmalardan Tsiprasın yaşayış yerini dəyişmədiyi bəlli oldu.

Dinləri qəbul etməyən Tsipras qatı ateistdir. O, Yunanıstanda qəbul olunmuş qaydalara zidd olaraq nə nikahını qeydiyyata aldırıb, nə də uşaqlarını xaç suyuna saldırıb.

Baş nazir vəzifəsini tutan gün “İncil”ə and içməkdən imtina edərək dövlətin qanunlarına sadiq qalacağına and içib. Onun bu mövqeyi ölkənin din xadimləri tərəfindən normal qarşılanıb. Onlardan biri bəyan edib ki, Tsiprasın səmimi davranması müsbət nümunədir. Çünki adətən siyasətçilər dinə münasibətlərini açıqlamayaraq elektoratda çaşqınlıq yaradırlar.

Baş nazirin idmana da marağı var. Lakin o, şeç vaxt peşəkar idmanla məşğul olmayıb və bütün boş vaxtını siyasətə həsr edib. Deyilənlərə görə, Tsipras gənclik illərində voleybol oynayıb və yaxşı nəticə göstərib.

Tsiprasın futbola böyük sevgisi var və uşaq yaşlarından sevimli komandası «Panatinaikos»un qatı azarkeşidir…

Tərcümə Strateq.az-ındır

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

2-ci sinif şagirdi özünü niyə asıb? - Təhsil Şöbəsindən açıqlama

Sonrakı yazı

Abşeronda məcburi köçkünlər üçün tikilmiş mənzillər istifadəyə verilib –Prezident İlham Əliyev və Birinci xanım mərasimdə iştirak edib (YENİLƏNİB) FOTO

Səkkiz yaşlı oğlu ilə birgə parkda yatan əlil süpürgəçi qadın – ÜRƏKPARÇALAYAN VİDEOSU

Səkkiz yaşlı oğlu ilə birgə parkda yatan əlil süpürgəçi qadın - ÜRƏKPARÇALAYAN VİDEOSU

Akif Çovdarovla işbirliyində olan bələdiyyə sədri: Siyanfər Əliyevin Masazır imperatorluğu

Akif Çovdarovla işbirliyində olan bələdiyyə sədri: Siyanfər Əliyevin Masazır imperatorluğu

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Şərurlu İsfəndiyarın restoranında dava – Müğənni aranı qatdı, aşığı vurdular

Şərurlu İsfəndiyarın restoranında dava – Müğənni aranı qatdı, aşığı vurdular

2021-03-07
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı

Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı

2021-03-07
Naxçıvanda ara qarışıb: şəhid şəkilləri kəsilib, Milli Qəhrəmanın qardaşı döyülüb…

Naxçıvanda ara qarışıb: şəhid şəkilləri kəsilib, Milli Qəhrəmanın qardaşı döyülüb…

2021-03-07
Füzulinin Qarakollu kəndindən – VİDEOREPORTAJ

Füzulinin Qarakollu kəndindən – VİDEOREPORTAJ

2021-03-07
Azərbaycanın sədrliyi ilə zirvə görüşü keçiriləcək

Azərbaycanın sədrliyi ilə zirvə görüşü keçiriləcək

2021-03-07
Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi

Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi

2021-03-07
“Pəhləvanlar” kafesinin sahibini infarkt vurdu, qardaşı isə… (DETALLAR)

“Pəhləvanlar” kafesinin sahibini infarkt vurdu, qardaşı isə… (DETALLAR)

2021-03-07
Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi

Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi

2021-03-07
“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb

2021-03-07
Bakıda idman zalında yanğın

Bakıda idman zalında yanğın

2021-03-07
Döyər də, sevər də” – Bakının mərkəzində aksiya+Fotolar

Döyər də, sevər də” – Bakının mərkəzində aksiya+Fotolar

2021-03-07
Azərbaycan və Türkiyə birgə seriallar çəkəcək

Azərbaycan və Türkiyə birgə seriallar çəkəcək

2021-03-06
Tərtərdə oğurluq edənlər tutuldu

Tərtərdə oğurluq edənlər tutuldu

2021-03-06
Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…

Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…

2021-03-06
Zakir Fərəcova məxsus olduğu iddia edilən restoran karantin qaydalarını pozdu

Zakir Fərəcova məxsus olduğu iddia edilən restoran karantin qaydalarını pozdu

2021-03-06
“Fatimə başıma oyun açıb” – Aslan

“Fatimə başıma oyun açıb” – Aslan

2021-03-06
Mübariz Mənsimov: “Satqınları və xəyanətkarları Allaha tapşırıram”

Mübariz Mənsimov: “Satqınları və xəyanətkarları Allaha tapşırıram”

2021-03-06
Dövlət Dəniz Agentliyindən xəbərdarlıq: Külək və dalğa…

Dövlət Dəniz Agentliyindən xəbərdarlıq: Külək və dalğa…

2021-03-06
Bakıda fəhlə faciəvi şəkildə öldü

Bakıda fəhlə faciəvi şəkildə öldü

2021-03-06
Azərbaycanda daha 353 nəfər yoluxdu – Günün statistikası

Azərbaycanda daha 353 nəfər yoluxdu – Günün statistikası

2021-03-06

Seçmə

  • Bütün
  • SEÇMƏ
Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…
SEÇMƏ

Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…

2021-03-06
Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto
SEÇMƏ

Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto

2021-03-06
Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi
SEÇMƏ

Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

2021-03-05
“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?
SEÇMƏ

“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?

2021-03-05
Bahar Muradova YAP Qadınlar Şurasının sədri oldu
SEÇMƏ

Bahar Muradova YAP Qadınlar Şurasının sədri oldu

2021-03-05
Vasif Talıbov qurultaya maskasız gəldi – Foto
Banner

Vasif Talıbov qurultaya maskasız gəldi – Foto

2021-03-05
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Şərurlu İsfəndiyarın restoranında dava – Müğənni aranı qatdı, aşığı vurdular

Şərurlu İsfəndiyarın restoranında dava – Müğənni aranı qatdı, aşığı vurdular

2021-03-07
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı

Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı

2021-03-07
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.