“Qarabağ münaqişəsi həll olmadan Qafqazda stabillik mümkün deyil”.
Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyada tələbələrlə görüşü zamanı deyib.
O, Ermənistanın işğalçılıq siyasətini pisləyib: “Ermənistanla bu şərtlər altında münasibətlərin bərpası mümkün deyil. 2019-cu ildə bu məsələdə ardıcıl siyasətimizi davam etdirəcəyik”.
Modern.az