13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rəşadət Babayev bu dəfə Qarabağ əlilinin oğlunu döyüb, həbs etdirdi – Prezidentə şikayət

18 İyul 2018, 22:59
Seçmə, Banner
A A
Rəşadət Babayev bu dəfə Qarabağ əlilinin oğlunu döyüb, həbs etdirdi – Prezidentə şikayət
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev Qarabağ əlilinin oğlunu döyüb.
BakuPost xəbər verir ki, bu barədə AzPolitika.info-ya mərhum əlilin həyat yoldaşı Elza Qılıncxanova məlumat verib.
Onun sözlərinə görə,  hadisə iyun ayının 25-də Neftçilər prospektində baş verib.  Belə ki, 99 YP 400 dövlət nömrə nişanlı yol polisi avtomobilli yolda hərəkətdə olan 99 HJ 343 dövlət nömrə nişanlı “Naz Lifan” markalı avtomobilin sürücüsünə “saxla” əmri verib. Sürücü Qılıncxanov Şəmsəddin Saday oğlu avtomobili saxlayıb. Polis əməkdaşı ondan sənədlərini tələb edib. Hadisə də bundan sonra olub.
Elza Qılıncxanova deyir:  “Oğlum həm də evakuator sürür. “Naz Lifan”ın sənədlərini axtararkən əlinə evakuatorun sənədləri keçib. O da götürüb sənədi qoyub maşının üstünə. Başlayıb “Naz Lifan”ın sənədlərini axtarmağa. Bu vaxt polis əməkdaşı maşının üstündəki sənədə əl atıb.
Oğlum deyib ki, o başqa sənəddir, götürməyin. Bu vaxt DYP maşınındakı o biri polis (Rəşadət Babayevi nəzərdə tutur – red.) düşüb, oğluma deyib ki, nə “tirpaşlıq” edirsən. Bundan sonra Şəmsəddini təpikləməyə başlayıb. Oğlum da əsəbiləşib vurub öz maşınının ön şüşəsini sındırıb”.
Lakin hər şey bununla bitməyib. R. Babayev Ş. Qılıncxanovu “polisin qanuni əmrinə tabe olmama” ittihamı ilə həbs etdirib və ona 10 sutka həbs cəzası verilib. E. Qılıncxanova deyir ki, avtomobil mərhum Qarabağ əlili Saday Qılıncxanova prezident İlham Əliyev tərəfindən hədiyyə edilib: “Mənim həyat yoldaşım 5 il döyüşüb, axırda ağır yaralanıb. Onu Ağdamda hamı tanıyır. Çox hörmətli oğlan olub. Döyüşdə fərqləndiyinə görə mükafatlar alıb. Axırda cənab prezident ona avtomobil də hədiyyə edib. Oğlum həmin maşını etibarnamə ilə sürür. Polis özü də görür ki, avtomobil əlil ailəsinə prezident tərəfindən verilib. Amma yenə də belə əməllər edirlər. Oğlum təpiyin izinin şəklini də çəkib. Bütün bunlar şəhərin təhlükəsizlik kameralarına da düşüb. Məsələ ilə bağlı Mehriban xanım Əliyevanın qəbuluna düşmək istədim, amma oğlum imkan vermədi”.
Əlil yoldaşı Rəşadət Babayevin oğlundan üzr istədiyini əlavə edib: “Amma mən üzr istədiyini görməmişəm. Deyirlər ki, guya üzr istəyib. Mən isə bu məsələ ilə bağlı apellyasiya şikayəti vermişəm. Araşdırsınlar. Niyə mənim oğlum günahsız yerə 10 sutka həbs yatmalı idi ki? Onu 10 gün içəridə qanunsuz və günahsız yerə saxlayıblar. Həmi gunlərdə işıqlar da söndü, oğlum bişməcə olub. Hazırda müalicə olunur. Mənim həyat yoldaşım bu torpaq uğurunda öz sağlamlığından ona görə keçmədi ki, Rəşadət kimilər onun oğlunu döysünlər… Əvvəla mənim oğlum çox sakit adamdı. Fevralda atasını itirdi, yas içindəyik. O heç vaxt polisin əmrinə tabesizlik göstərməz. Amma tutaq ki, belə bir hadisə baş verib. Onda qanuni tədbirini gorun. Yoxsa siz kimsiniz ki, mənim oğluma təbik, sillə atasınız”.
Qeyd edək ki, Rəşadət Babayevin sürücülərə qarşı zor tətbiq etməsi, nalayiq ifadələr işlətməsiylə bağlı mətbuatda bundan əvvəl də yazılar gedib, hətta videolar paylaşılıb. Onun tabeliyində çalışan polis əməkdaşlarına qarşı da kobud davrandığı bildirilir.
Elza Qılıncxanovannın fikirlərilə bağlı Rəşadət Babayevin də mövqeyini işıqlandırmağa hazırıq.
Əvvəlki yazı

Alternativ enerji üçün ayrılan pullar hara gedib?- Qohumlara xərclənən milyonlar

Sonrakı yazı

Qənirə Paşayeva Milli Mətbuat Gününü münasibətilə xanım jurnalistləri təbrik etdi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.