Qusarda polis əməliyyatı:meşədə narkotik birki əkən 58 yaşlı şəxs tutuldu

20 İyul 2019 - 15:49
179 oxunma

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN-nin Mətbuat xidmətinin Quba regional qrupundan Reportyor.info-ya verilən məlumata görə, Qusar RPŞ-ninəməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Zeyxur kənd sakini 58 yaşlı Yüzbəy Kiçibəyovsaxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kəndin yaxınlığında olan meşəlik əraziyə keçirilən baxış zamanı, oradan Y.Kiçibəyov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş hündürlüyü 82-124 sm olan 15 ədəd çətənə kolu(kannabis) aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktlabağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"