“Qurban Qurbanov Məmmədyarovun yerinə qoyulsun”

7 Avqust 2019 - 15:27
627 oxunma
“Vaxtilə mən “Qarabağ”la oyunlara gedəndə gördüm ki, futbolçular mahnı oxuyurlar. Soruşdum ki, niyə oxuyursunuz? Dedilər, qıraqdakı söyüşləri eşitməmək üçün oxuyuruq ki, ancaq öz səsimişi eşidək”.
Bakupost xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında millət vəkili Aqil Abbas APOEL – “Qarabağ” (1:2) oyunundakı erməni təxribatından danışarkən deyib. Deputat cavab qarşılaşmasında “Qarabağ” azarkeşlərini stadiona Şimali Kipr Türk Dövləti və Türkiyənin bayraqları ilə gəlməyə səsləyib:
“Bu futboldur, futbolda hər şey ola bilər. Düzdür, “Qarabağ” tərəfi əvvəlcədən APOEL rəhbərliyinə, onların polis idarəsinə xəbərdarlıq etmişdi.  Amma APOEL-in özü elə erməni kimi bir şeydir də.
Onlar həmişə ermənilərin tərəfini saxlayıb. Bunu faciə etmək lazım deyil. Keçirdiblər? Onda “Qarabağ” – APOEL oyununa gedənlər Şimali Kipr Türk Dövləti və Türkiyənin bayraqlarını götürsünlər.
Hətta sizə bir fakt da deyim. Rusiyada bir dəfə Türkiyəylə Ermənistan oynayırdı, bizim bayraqları stadiona buraxmamaqla bağlı tapşırıq vermişdilər. Kimsə gizli şəkildə bayrağımızı həmin oyuna keçirmişdi. Onu da zibilə atdılar. Həmin oyuna Abdulla Güllə də Serj Sarkisyan canlı baxırdı”.
A.Abbas “Qarabağ”ın APOEL-i keçib, “Ayaks”la qarşılaşacağını və ona da qalib gələcəyinə əminliyini vurğulayıb. O, həmçinin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla Xaricci İşlər naziri Elmar Məmmədyarovu da müqayisə etməyi unutmayıb:
“”Qarabağ” belə şeylərə artıq öyrəşib. Düzdür, ruhən pis şeydir. Amma “Qarabağ” oyununu oynayır. Orada onları yerində otuzdurduq, burada da elə olacaq. Sonra “Ayaks”kla qarşılaşacağıq. “Ayaks”ı da yerində oturdacağıq. Düzdür, güclü komandadır, amma “Qarabağ” da “Qarabağ”dır da.
Mənim bir sözüm də var, Qurban Qurbanovu Elmar Məmmədyarovun yerinə qoysaq, biz xarici siyasətdə daha çox artırarıq”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"