Sosial media ən yeni və güclü KİV olaraq yerini göstərməyə başlayıb. Artıq 90-cı illərin ab-havası yoxdur, siyasətçilər sosial şəbəkənin təsirləri ilə hesablaşırlar.
Evlərdəki televizorlar da mənasını itirib, hər kəs əlindəki telefonla bütün siyasi gedişatları izləyir. İndi efirdən hansısa siyasətçinin çıxışını, hansısa deputatlığa namizədin nitqini izləməyə ehtiyac yoxdur.
Çünki facebook bu seçki təbliğatı kampaniyası dövründə deputatlığa namizədlərin yeni platforması oldu. Ənənəvi təbliğat poliqonları lazımsızlaşdı, hətta YAP ödənişli efir vaxtından imtina elədi.
Ona görə ki, sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib, cəmiyyətin siyasi zümrəsi bura köçüb, tanınmaq, fikirlərini yaymaq imkanları genişdir, böyük xərc çəkmədən, səhifələrə minimal reklam ödənişi etməklə təbliğat kampaniyası qurmaq mümkündür.
Deputatlığa bir çox namizədlər bu seçkidə sosial şəbəkənin gücündən yararlanmağa çalışdılar.
Sözsüz ki, onların bütün seçiciləri facebook, instaqram kimi sosial şəbəkələrə köklənməyiblər, lakin bu tribunadan səsini eşitdirmək yeni fürsətdir.
Namizədlər seçicilərlə görüşlərinin şəkillərini yayırlar, platformalarını açıqlayırlar, videomüraciətlər paylaşırlar. Buna görə onlar heç bir ödəniş etmirlər. Mərkəzi Seçki Komissiyası da hansısa qadağa olmadığını əsas gətirərək namizədlərə sosial şəbəkədə təbliğat aparmağa məhdudiyyət qoymadı.
Belə deyək, sosial şəbəkələrlə bağlı qanunvericiliyin bir tələbi yoxdur. Amma sosial şəbəkələri kütləvi informasiya vasitəsinin tərkib hissəsi kimi qəbul ediriksə və orada təşviqat kampaniyasını aparırıqsa, Seçki Məcəlləsinin KİV-lə təşviqat kampaniyası aparılması ilə bağlı hissəsinə əməl olunması vacibdir. Seçki Məcəlləsində mətbuat haqqında konkret müddəalar var ki, bunlar tənzimlənib.
Yəni milli, etik, əxlaqi normalara riayət etməlidir. Namizədin haqqında onların şəxsiyyətini alçaldan və ya yalan informasiyalar yaymamalıdır və s.
Tutaq ki, facebookda biri nəsə şərh yazır, sonra silir. Onların hamısını izləmək çox mürəkkəb məsələdir. O baxımdan, MSK tövsiyə edir ki, namizədlər diqqətli olsunlar.
Telejurnalist Qulu Məhərrəmli isə qeyd etdi ki, virtualla real həyatı qarışdırmaq olmaz: “Nəzərəçarpan odur ki, namizədlər daha çox sosial şəbəkələrdə təbliğat aparır. Yəni seçki ab-havası virtualdadır. Amma sosial şəbəkədə kampaniyanın təşkil olunması nə dərəcədə səmərəlidir, bunu iddia etmək çətindir. Sual yaranır ki, seçicinin neçə faizi namizədi tanıyır və izləyə bilir. O baxımdan virtualda ümumi seçki ab-havası yaranması seçki mühitinin yaranması demək deyil. Biz real həyatla sosial şəbəkəni qarışdırmamalıyıq”.
Q.Məhərrəmlinin fikrincə, virtual aləm seçici ilə namizəd arasında ünsiyyət yaranmasında rol oynayır: “Müəyyən səsvermələr, sorğular olur. Bu cür səsvermələr bir halda effektli ola bilər: tanınan və tanınmayan namizədlər təqdim edilir, ikisindən birinə simpatiya müşahidə edilir.
Ancaq həmin səsvermədə iştirak edənlər namizədlərin seçiciləri olmaya bilər. Yəni virtual aləm reallıqla üst-üstə düşmür. Amma virtualda bu cür səsvermələr cəmiyyətin namizədə simpatiyasını və antipatiyasını əks etdirə bilir”.
Telejurnalist Qulu Məhərrəmli isə qeyd etdi ki, virtualla real həyatı qarışdırmaq olmaz: “Nəzərəçarpan odur ki, namizədlər daha çox sosial şəbəkələrdə təbliğat aparır. Yəni seçki ab-havası virtualdadır. Amma sosial şəbəkədə kampaniyanın təşkil olunması nə dərəcədə səmərəlidir, bunu iddia etmək çətindir.
Sual yaranır ki, seçicinin neçə faizi namizədi tanıyır və izləyə bilir. O baxımdan virtualda ümumi seçki ab-havası yaranması seçki mühitinin yaranması demək deyil. Biz real həyatla sosial şəbəkəni qarışdırmamalıyıq”.
Q.Məhərrəmlinin fikrincə, virtual aləm seçici ilə namizəd arasında ünsiyyət yaranmasında rol oynayır: “Müəyyən səsvermələr, sorğular olur. Bu cür səsvermələr bir halda effektli ola bilər: tanınan və tanınmayan namizədlər təqdim edilir, ikisindən birinə simpatiya müşahidə edilir.
Ancaq həmin səsvermədə iştirak edənlər namizədlərin seçiciləri olmaya bilər. Yəni virtual aləm reallıqla üst-üstə düşmür. Amma virtualda bu cür səsvermələr cəmiyyətin namizədə simpatiyasını və antipatiyasını əks etdirə bilir”.