24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qubadlı 27 ildir işğalda, başçısı 19 ildir kresloda – İsaqovdan faktlar…

14 Sentyabr 2020, 10:29
Araşdırma, Banner
A A
Qubadlı 27 ildir işğalda, başçısı 19 ildir kresloda – İsaqovdan faktlar…

Gəncənin iki rayonu – Kəpəz və Nizaminin ləğv olunması yerli idarəetmə strukturlarında əsaslı dəyişiklikləri labüd edir. Bu prosesi başlanğıc da saymaq olar və icra hakimiyyətlərinin ləğvi əyalətlərdə idaretmədə effektivliyi artıra bilər.

İqtisadçıların fikrincə, ilk növbədə işğal edilmiş rayonlarımızın İH strukturlarını demontaj etməkdən başlamaq lazımdır. Çünki işğalda olan bölgələrimizin İH-lərinin fəaliyyəti büdcəyə izafi xərc, məmurlara korrupsiya mənbəyi olmaqdan başqa işə yaramır.

Hətta elə rayonlar var ki, icra başçısı 20 ildən yuxarıdır vəzifədədir və heç bir iş görmür, müxtəlif tender firmalarının hesabına pul silir, təhsil, maliyyə, səhiyyə şöbələrində yığımla güzəranını yaxşılaşdırır.

Reportyor.info yazır ki, onlardan biri 27 ildir işğalda olan Qubadlıdır. Bu rayona 2001-ci ildən Malik İsaqov rəhbərlik edir.

19 ildir ki, icra başçısı olan M.İsaqovun indiyə qədər hər hansı fəaliyyətini, Qubadlı rayonuna aid bir işini, köçkünlərin problemlərinin həlli istiqamətində təşəbbüsünü, yardımını görən olubmu?

Hətta oxucuların əksəriyyəti təsdiqləyər ki, Malik İsaqov adlı icra başçısının adını ilk dəfə eşidirlər. Rayon əhalisi respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşıb. Məlumdur ki, qubadlılı məcburi köçkünlər əsasən Sumqayıtda məskunlaşıblar.

O deməkdir ki, onların istər sosial məsələləri, işlə təmin olunması, kommunal və başqa məsələləri elə Sumqayıt sakinləri kimi eyni coğrafi məkanda, ərazidədir. O halda Qubadlı İH-nə nə ehtiyac var? M.İsaqov 19 ildir nəylə məşğuldur?

Əgər İH rəhbərinin tikintiyə sərəncam vermək və s. səlahiyyətləri yoxdursa, icra başçısının o kresloda 19 il iş-gücü nədən ibarət olub?! Qəribədir, 19 ildə əksər icra başçıları dəyişib, yerdəyişmələr aparılıb. Amma deyəsən, M.İsaqov Qubadlıya ömürlük başçı təyin olunub.

İH-nin rəsmi saytına da nəzər yetirməklə fəaliyyətsizliyin şahidi ola bilərsiniz. Qubadlı İH elektron səhifədə başçı müavinləri və köməkçi nömrələri yazılsa da, ad-soyadları qeyd olunmayıb. Saytda bir neçə siyasi materiallar, Türkiyə, Rusiya və Qarabağla bağlı məqalələr yerləşdirilib, koronavirusla bağlı görülən işlərdən bəhs olunub.

Qeyd edilir ki, Qubadlı rayonundakı bu ünvanlarda dezinfeksiya işləri aparılıb. Amma bunları İH-nin öz adına çıxarması absurddur. Çünki sözügedən ünvanlar Sumqayıta aiddir: Sumqayıt şəhəri 47-ci  məhəllədə (183 ailənin məskunlaşdığı) 11,12,13,14 saylı binalarda, Sumqayıt şəhər 9 mkr (201 ailənin məskunlaşdığı) 29, 30, 31 saylı binalarda və 11 mkr ərzaisində yerləşən 2 ədəd yarımçıq binalarda, Sumqayıt şəhəri 4-cü məhəllədə (201 ailənin məskunlaşdığı) yerləşən 1 və 2 saylı, 3 ədəd yarımçıq binalarda, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində (130 ailənin məskunlaşdığı) SU-13 idarə binasında, dəmir beton zavodunun idarə binası, Ağac Emalı Zavodunun idarə binası, Köhnə Taksi matornunun idarə binası, taksi matornunun qarajında, Sumqayıt şəhəri 12 mkr  (450 ailənin məskunlaşdığı) 1, 2, 3, 4, 5, 6 saylı binalarda sanitar-dezinfeksiya işləri həyata keçirilib.

Məsələ burasındadır ki, hökumət İH-lərin ləğvini həyata keçirməyə başlasa, belə işləri köçkünlərin daimi yaşadığı Sumqayıtın epidemioloji mərkəzi onsuz da icra edəcək. Amma M.İsaqov elə təqdim edir ki, İH tərəfindən köçkünlər yaşayan ərazilərdə sanitar-dezinfeksiya işləri həyata keçirilib.

Onu da deyək ki, mediada gedən iddialara görə, M.İsaqovun Sumqayıt və Bakıda obyektləri var və həmin müəssisələr yaxınları tərəfindən idarə olunur. Hətta Bayılda tikinti materiallarının satışı, plastik pencərə qapı sexi və digər obyektləri fəaliyyət göstərir. Bütün bu məqamlarla bağlı Qubadlı İH-nin mövqeyini işıqlandırmağa hazırıq.

 

Əvvəlki yazı

Nazir şöbə rəisini işdən çıxardı

Sonrakı yazı

İlk dərslər koronavirusa həsr olunacaq – Rəsmi

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.