12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Qoşqar Təhməzli GMO-ya lobbiçilik edir” – Ekspert

11 Sentyabr 2019, 11:02
Seçmə, Sosial
A A
“Qoşqar Təhməzli GMO-ya lobbiçilik edir” – Ekspert

“Aparılmış araşdırmaların nəticələrinə görə, hazırda Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var”, bunu Avropa və Mərkəzi Asiyada miktonutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda çıxışı zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

O qeyd edib ki, qadınlar arasında bu göstəricilər daha yüksəkdir:

“Qadınlar arasında dəmir çatışmazlığı 34,1 faiz, anemiya 38,2 faiz olub. Hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb. Bu gün əhali arasında geniş yayılmış vitamin və mineralların çatışmazlığının aradan qaldırmasının effektiv üsulu qida məhsullarının zənginləşdirilməsidir”.

Agentlik sədrinin sözlərinə görə, AQTA fəaliyyətə başlayandan sonra müvafiq qurumlarla birgə unun zənginləşdirilməsinə dair qanun layihəsi üzərində işlər aparılıb:

“Hazırda bu proses davam edir. Bugünkü tədbirin də əsas məqsədlərindən biri bu sahədə beynəlxalq təcrübəni öyrənmək, mövcud qanunvericilik bazasını təkmilləşdirmək, problemin həlli istiqamətində ictimaiyyəti lazımi səviyyədə məlumatlandırmaqdır”.

Qoşqar Təhməzli onu da vurğulayıb ki, hazırda dünya əhalisinin üçdə bir hissəsində mikronutriyent çatışmazlıqları var:

“Mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı səbəb olur. Bunlardan ən geniş yayılmışı isə dəmir çatışmazlığıdır. Statistikaya görə, hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun – qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir”.

Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan qurum rəsmisinin beynəlxalq tədbirdə bu formada çıxış etməsi, onun üzərinə götürdüyü missiyanı yetərincə yerinə yetirə bilməməsindən xəbər verir. Hazırda ölkə bazarında satışda olan məhsulların təhlükəsizliyinə tam təminat yoxdur. Danılmaz faktdır ki, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı vəziyyət acınacaqlı durumdadır.

Dəfələrlə istər Azərbaycanda istehsal olunan, istərsə də xaricdən gətirilən qida məhsullarının keyfiyyət və təhlükəsizliyinə, hətta saxlanma şəraitinə ciddi nəzarətsizliyin olması barədə faktlar yazılıb. Amma buna baxmayaraq, qida zəncirinin bütün mərhələlərinə sözdə dövlət nəzarətini və cavabdehliyini həyata keçirən qurum fəaliyyətinə çəki-düzən verməyib.

Görüntü olaraq “fəaliyyət”ləri ilə cəmiyyətin müsbət nəbzini tutmağa çalışan Agentlik sadəcə, özlərinə sərf edən çalışmalar üzərində baş sındırır və səmərəsiz müdaxilə üsullarına cəhd edir. Bu gün ölkənin qida bazarında normal məhsul yoxdur və bu dəhşətli mənzərə cavabdeh qurum olan Qida Təhlükəsizliyi Agentliyinin marağında deyil. Çox vaxt istehsalçı hüquqları istehlakçı hüquqlarından üstün tutulur.

Agentliyin 1 yaşı tamam olanda qurum rəhbəri Qoşqar Təhməzli Azərbaycanda sağlamlığa zərərli 12 adda trans-yağın aşkarlandığını açıqlamışdı. Sözügedən yağların adının açıqlanması barədə quruma rəsmi sorğu göndərdik. Amma bu məsələdə də öz mənfəətini güdən qurum istehlakçıları istehsalçılara qurban etdi… Bu, pozulan yüz minlərlə istehlakçı hüququnun yalnız biridir.


İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, hazırda Azərbaycanın ərzaq bazarındakı vəziyyət Qoşqar Təhməzlinin ifadə etdiyindən daha da ağırdır:

“Ölkədə bir sıra xəstəliklər cavanlaşır. Bunun da əsas səbəbi qidanın tərkibində insan orqanizminə lazım olan mineralların, vitaminlərin çatışmazlığıdır. Bunun aradan qaldırılması üçün həm ölkədə istehsal olunan məhsulların genetik tərkibi, həm də texnologiyası yaxşılaşdırılmalıdır. Yəni qida məhsullarının zənginləşdirilməsi deyəndə, hazır qidanı yenidən emal edilməsindən söhbət getmir. Sadəcə olaraq, bu qidaların mənşəyi sağlamlaşdırılmalı, orqanik kənd təsərrüfatı məhsullarının istehsalına başlanılmalıdır. Digər tərəfdən, geni modifikasiya olunmuş (GMO) qidaların ölkəyə gətirilməsi və istehsalı əsas problem kimi qarşıya məqsəd qoyulmalıdır və bununla mübarizə aparılmalıdır. İnkişaf etmiş ölkələrdə GMO mənşəli qidaların üzərinə yazılır, artıq o məhsulların alınıb-alınması istehlakçının seçiminə buraxılır. Avropa ölkələrinin böyük əksəriyyətində GMO-lu qidaların idxalına və istehsalına məhdudiyyətlər qoyulub. Bu qidaların ölkə iqtisadiyyatından çıxarılması mümkün deyil. Çünki müəyyən mərhələdə bu qidalar sürətlə inkişaf etdi və dünya iqtisadiyyatının müəyyən seqmentini əhatə etdi. O seqmenti alternativ olaraq digər orqanik kənd təsərrüfatı məhsulları ilə doldurmaq üçün müəyyən zaman lazımdır”.

Ekspertin qənaətincə, Azərbaycanda GMO-lu ərzaq məhsulları ilə mübarizə üsulu sıfır səviyyəsindədir:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi GMO-nun lobbiçiliyini aparır. Məsələn, bir neçə ay əvvəl AQTA GMO-lu qidaların siyahısını vermişdi. Bu siyahıdan əvvəl GMO-lu qidaların sağlamlığa zərərli olmaması barədə müqəddimə yazmışdılar. Bu, elə lobbiçilikdir. Digər tərəfdən, ölkəyə GMO-lu məhsulların idxalının qadağan edilməməsi, ölkədə GMO istehsalına məhdudiyyətlərin qoyulmaması və orqanik qida istehsalı sahəsinin genişləndirlməsinə investisiyaların yatırılmamasının özü də GMO lobbiçiliyidir. Orqanik qidalara dəstək lazımdır ki, inkişaf edə bilsin. Bazarlarda satılan GMO-lu meyvələr aldadıcı görünüşü var, həm gözəgəlimli, həm də dadlı olurlar. Ona görə də orqanik məhsulların rəqabətə davam gətirməsi bir qədər çətinləşir. Hökumət GMO-lu qidaları tədricən sıxışdıraraq ölkə iqtisadiyyatından çıxarılmasına şərait yaratmalıdır”.

Akif Nəsirli hesab edir ki, meyvə-tərəvəz, bostan bitkilərinin istehsalında texnologiya dəyişdirilməlidir, istehsalçı fermerlərə məsləhətlər verilməlidir:

“Nəzarətlə yanaşı, qida üçün yararsız olan məhsullar məhv edilməlidir. Bu zaman istehsalçı fermer başa düşəcək ki, standartlara uyğun olmayan qida istehsal edib Azərbaycan vətəndaşına satmaq olmaz.

Bu işlər əsasən AQTA-nın üzərinə düşür. Agentliyin əsasnaməsində qidanın bostandan və ya fermadan süfrəyə qədər hərəkətinə nəzarət etməli olduğu və bütün qidaların sağlam olmasına cavabdehliyi qeyd olunub. Amma bu, inzibati nəzarət vasitəsilə mümkün deyil. Çünki ölkədə istehsal olunan məhsulların hamısına bir agentliyin nəzarət etməsi üçün onun yüz minlərlə əməkdaşı olmalıdır. Hesab edirəm ki, AQTA vətəndaş cəmiyyətinin gücündən istifadə etməklə bu nəzarəti təşkil etməlidir. Bu təcrübədən dünyanın inkişaf etmiş ölkələrində istifadə edilir. Çox təəssüf ki, Azərbaycanda bu istiqamətdə addım atılmır”.

Əvvəlki yazı

AŞPA prezidenti Bakıda səfərdədir

Sonrakı yazı

Müsavat və KXCP iqtidarla görüşə getmədi – Foto

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.