06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qohumu plastik cərrah Vaqif Qələndərlini prokurorluğa verdi: “Oğlumun barmağını kəsdi” – FOTOLAR

24 Yanvar 2019, 20:07
Cəmiyyət
A A
Qohumu plastik cərrah Vaqif Qələndərlini prokurorluğa verdi: “Oğlumun barmağını kəsdi” – FOTOLAR
Tanınmış plastik və rekonstruktiv cərrah, professor Vaqif Qələndərli prokurorluğa verilib və törətdiyi əməllə bağlı cinayət işinin açıldığı bildirilir. Buna səbəb 8 yaşlı uşağı səhv müalicə etməsi, nəticədə barmaqlarından birini itirməsi olub. 
 Bu barədə məlumatı BakuPost.az-a 8 yaşlı Murad Şaldıyevin anası Pərvanə Şaldıyeva məlumat verib. Onun sözlərinə görə, keçən il  oktyabrın 16-da axşam saat 5-6 radələrində evlərinin həyətlərində uşaq yıxılıb. Bu zaman həyətdəki mərmər daşın başlığı qırılıb və sağ əlinin üzərinə düşüb. Valideynləri dərhal M. Şaldıyevi Travmatologiya İnstitutuna aparıblar, xəstəxanada rentgenə salınıb, əl gipsə qoyulub. Axşam olduğu üçün məsləhət görülüb ki, uşaq evə aparılsın, səhər acqarına xəstəxanaya gətirilsin. Çünki narkoz verilərək əməliyyat olunmalı imiş.
 
P. Şaldıyeva qeyd edib ki, axşam ailə üzvləri qohumları olan professor, plastik cərrah Vaqif Qələndərli ilə danışıblar. V. Qələndərli səhər M. Şaldıyevi yanına gətirmələrini məsləhət görüb: “Səhər Vaqif Qələndərlinin rəhbəri olduğu Qələndərli Klinikasına getdik. Vaqif Qələndərli indi uydurar ki, telefon danışığı hadisədən bir gün sonra olub. Bu, uydurmadır. Sonradan onu da bildik ki, o, travmotoloq yox, sadəcə, plastik cərrah imiş. Həmin vaxt bizə dedi ki, qopmuş qol tikib, Azərbaycanda ondan başqa bu əməliyyatı heç kim edə bilməz. Mən də qohum olduğu üçün ona inandım. Dedi ki, narahat olmayın, barmaq yerində olacaq, sadəcə, 20 faiz qatlanmağında problem ola bilər. Biz də dedik ki, qatlanmağında eybi yoxdur, barmaq yerində olsun. 17  oktyabr səhər saatlarında əməliyyat oldu. Xəstəxanada 1 gün qaldıq, 18-də çıxdıq. 4 gün sonra Vaqif Qələndərli dedi ki, ABŞ-a gedir, 2 həftə orada olacaq, xəstəxanaya gəlin, tibb bacısı sarğısını dəyişəcək. Tibb bacısı baldızı, klinikanın baş həkimi isə atasıdır”.
P. Şaldıyeva sarğı dəyişən zaman uşağın barmağının qaraldığını, sarğıdan iy gəldiyini görüb. Tibb bacısından soruşanda isə həkimin xəbərinin olduğunu, narahatlığa əsas olmadığını söyləyib: “Tibb bacısı dedi ki, narahat olmayın, dırnaq qaralıb düşəcək, yerinı yenisi bitəcək. Sonradan uşağın əlinin şəklini çəkdim, başqa həkimlərə göstərdim, qanqrena olduğunu dedilər. 1 həftədən sonra Vaqif Qələndərli gəldi, bizə dedi ki, narahat olmayın, qanqrena yoxdur. Uşağın əlinin şəklini Türkiyəyə göndərdim, oradan həkim rəyi gəldi ki, qanqrenadır, ələ keçir. Türkiyədə, Bakıda heç bir həkim uşağı götürmədi ki, qanqrenadır. Vaqif Qələndərli noyabrın 13-də yenidən uşağı əməliyyata saldı, barmağını  kəsdi. Dedi ki, alınmadı, barmaq bitişmədi. Hətta mənin əvəzimdə razılıq kağızı imzaladıb, prokurorluğa təqdim edib. Guya, mən barmağın kəsilməsinə mən icazə vermişəm.  Prokurorluğa müraciət etmişəm, cinayət işi açılıb. Həmin imzalanan sənəd ekspertizadadır, inşallah, kimin mənin əvəzimə qol çəkdiyi üzə çıxacaq”.

V. Qələndərlinin ikinci əməliyyatından sonra M. Şaldıyev yenidən Travmatologiya İnstitutuna aparılıb. Noyabrın 15-də yenidən uşağın əli rentgenə salınır.  İnstitutun əl cərrahiyyəsi şöbəsinin müdiri  Fikrət Qafarov V. Qələndərlinin özü ilə də danışır: “Fikrət Qafarov dedi ki,  barmaqda yara irinli, iltihablıdır, əgər keçməsə, yenidən əməliyyat olunmalıdır, sümük qırıntıları qalıb. İndi uşağı heç bir həkim götürmür ki, iş prokurorluqdadır, qorxuruq. Vaqif Qələndərli hazırda ekspertizaya təzyiq edir. İnsanın klinikası olanda belə olmalıdır?! İnşaallah, bu körpənin ahı yerdə qalmaz ”.
 
Plastik və rekonstruktiv cərrah, professor Vaqif Qələndərli BakuPost-a açıqlamasında iddialarla razılaşmayıb: “Uşağın barmağı daş altında çox möhkəm əzilmişdi. 1 sutkadan sonra bizə gətirildi, müayinə edəndə gördük ki, barmağın üzü göyərib, artıq çürümüşdü. Biz onu dibindən kəsməmək, yarıdan çoxunu qorumaq üçün müalicəyə başladıq, müəyyən müddət gözləməliydik ki, görək, barmaq necə reaksiya verəcək. Bizim təcrübəmizdə belə əməliyyatlar çox olub. Mən 2 dəfə bədəndən qopmuş qolu bərpa etmişəm. Təəssüf ki, bu uşaqda barmağın qurtulmaq şansı yox idi.  Barmağın boynunu nə qədər qoruyub saxlaya bildiksə, saxladıq”.

Pasiyentlə qohumluq əlaqələrinin olmadığını söyləyən V. Qələndərli deyib ki, onlar uzaq qohumlarının tanışlarıdır: “Zəng etdilər, qəbul etdik. Lap qohum olsa da, yad olsa da, vəziyyətə uyğun nə lazım idisə etdik. İndi valideyndir, onu da anlayırıq. Amma bir həkim kimi qəti şəkildə deyirəm ki, burda tibbi səhv olmayıb. O uşaq hansı klinikaya, lap Türkiyəyə də aparılsaydı, o barmaq dibindən kəsiləcəkdi. İndi şikayət edir, prokurorluğa verir, versin. Belə hallarda uşaq 6-8 saat ərzində çatdırılsa daha yaxşı olardı, 1 sutka keçib. Barmağın sümükləri də, damarları, əzələsi də dibindən dağılmışdı, barmağa qan gəlmirdi.  Tibb ictimaiyyəti nə dediyimi gözəl anlayır. Mən bu əməliyyatlar üzrə peşəkaram. Cihazlarda, avadanlıqda qalıb qopmuş əli, qolu yerinə tikirəm. Bir şərtlə ki, tez müdaxilə olunsun. Kaş ki, bizim də əlimizdən nəsə gələydi, amma mümkün deyildi. Barmaq dibdən də kəsilə bilərdi. Amma biz barmağın boynunu saxladıq. Əməliyyatdan xeyli aylar keçib, həmin əldə hər hansı qaralma, nekrozlaşma bundan sonra mümkün deyil”.







Əvvəlki yazı

“AZƏRENERJİ”NİN BAŞ OFİSİNDƏ “YENİDƏNQURMA” BAŞLADI VƏ… – İşçilər kütləvi ixtisar olunur! + FOTOLAR

Sonrakı yazı

“Arif Alışanov 70 milyonluq əmlakı necə əldə edib?” –Keçmiş sədrin həbs etdirdiyi şəxsin qızı Prezidentə müraciət etdi

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.