13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

QK Qarabağ mitinqinə hazırlaşır – icazə veriləcəkmi?

11 Fevral 2019, 08:35
Cəmiyyət
A A
QK Qarabağ mitinqinə hazırlaşır – icazə veriləcəkmi?

Həftənin şənbə günü – fevralın 16-da Qarabağ Komitəsi (QK) “Qarabağa azadlıq” şüarı ilə mitinq keçirməyi planlaşdırır. Mitinqə razılıq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

Belə ehtimallar var ki, BŞİH QK-ya 13 və ya 14 fevralda rəsmi cavab verəcək. Komitənin növbəti aksiyasına da icazə verilməyəcəyinə dair fikirlər çoxluq təşkil edir. Milli Şuranın 26 yanvarda keçirmək istədiyi mitinq müraciətinə də rədd cavabı verilməsi bu ehtimalı gücləndirir.

Bundan əlavə, belə iddialar var ki, mitinqlərin keçirildiyi “Məhsul stadionu”nu hökumət qapatmaq istəyir və əvəzində aksiyalar üçün Bakının “20-ci sahə” deyilən ərazisini nəzərdə tutur. Hətta ölkə iqtidarının böyük bir mitinq keçirməyi planlaşdırdığı və bu mitinq üçün “20-ci sahə”ni nəzərdə tutduğu iddia olunur. Həm də bu üzdən QK-nın mitinqinə icazə verilməyəcəyinə dair rəylər var. Çünki komitə BŞİH-ə müraciətində aksiya keçirmək üçün “Məhsul stadionu”nu göstərib.

QK-nın təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı mitinq hazırlıqlarında danışdı: “Biz düşünürük ki, hazırkı geopolitik vəziyyətdə Qarabağımıza real təhlükələr yaranıb. Hesab edirik ki, hazırkı gedişat Azərbaycanı təslimçi sülhə hazırlamaq istiqamətində davam edir. Bunun qarşısını almaq üçün də hakimiyyət ciddi real addımlar atmır. Bütün bu sadaladıqlarımın fonunda ”Qarabağa azadlıq” şüarı ilə mitinqin keçirilməsi çox labüd hal alır. Qarabağ Komitəsi olaraq biz istəyirik ki, belə izdihamlı mitinqlərlə istər Ermənistana, istərsə də beynəlxalq aləmə Azərbaycan xalqının mövqeyini və iradəsini nümayiş etdirək. Bu mitinqlərlə hər kəsə Azərbaycan xalqı heç zaman, heç bir şərtlərlə öz torpaqlarından güzəşt etməyəcək mesajı vermək istəyirik. Təəssüf ki, bundan öncəki mitinqə hökumət icazə verməməklə, prosesə mənfi yöndə təsir etdi. Əslində Qarabağ mövzusunda olan mitinqlərə razılıq verməyib, digər siyasi mövzularda olan mitinqlərə razılıq verilməsi də az düşündürücü hal deyil. Heç kəs unutmamalıdır ki, Qarabağ iqtidar-müxalifət məsələsi deyil, bu hər kəsin çox həssaslıqla yanaşmalı olduğu ümummilli bir məsələdir.

Qarabağ Komitəsinin sonuncu iclasında əsas müzakirə mövzusu məhz elə mitinq və mitinqə hazırlıq məsələləri oldu. Doğrudur, hələlik BŞİH bizim müraciətimizə cavab verməyib. Düşünürəm ki, ayın 13-ünə qədər mütləq rəsmi cavab alacağıq. Ancaq biz cavab almadan da hazırlıq işlərini davam etdiririk. Bu hazırlıq işlərinə əsasən təbliğat və təşkilati məsələlər daxildir. Nəzərə alsaq ki, biz keçən ilin sentyabrında artıq bir Qarabağ mitinqi keçirmişik, kifayət qədər təcrübə var. Yəni zatən Qarabağ Komitəsində toplaşan insanlar kifayət qədər təcrübəli siyasətçilərdir. Ancaq, məsələ Qarabağ məsələsi kimi həssas bir məsələ olursa, burada artıq xüsusi təcrübə tələb olunur. Fevralın 11-i Komitənin növbəti iclası olacaq. Bu iclasda da əsas müzakirə mövzusu mitinq məsələsi olacaq. Çox güman ki, bu həftə təbliğat məsələsi iki qat gücləndiriləcək. İnanıram ki, hakimiyyət keçən dəfəkindən fərqli olaraq, mitinqimizin keçirilməsinə qadağa qoymayacaq, bizlər də çox möhtəşəm və izdihamlı mitinq təşkil edə biləcəyik. Bunu deməyə bizdə kifayət qədər əsaslar var. Qarabağ Komitəsinin 29 sentyabr mitinqindən sonra başlayan canlanma artan istiqamətdə davam edir. Hazırda xalq arasında kifayət qədər aktivlik var və bu dinamika artan istiqamətdə gedir”.

T.Abbaslı mitinqə razılıq verilməyəcəyi təqdirdə atacaqları addımlardan da söz açdı: “ Mitinqə razılıq verilməyəcəyi təqdirdə və ya ötən illərin neqativ təcrübələrindən çıxış edərək bizim göstərdiyimiz məkandan başqa bir məkan verilsə, nə edəcəyimiz barədə müzakirələr növbəti günlərdə müzakirə olunacaq, müvafiq qərar veriləcək. Şəxsən mənim mövqeyim budur ki, biz mitinqi ancaq və ancaq özümüzün göstərdiyimiz məkanda, yəni ”Məhsul stadionu”nda keçirməliyik və başqa bir məkanın müzakirəsi belə aparılmamalıdır. Ancaq mən İdarə Heyətinin və komitənin bir fərdiyəm və qərarlar da ümumi razılıqla veriləcək. Məncə, indidən hadisələri qabaqlamaq doğru deyil. Hər bir məsələ zamanında müzakirə olunmalıdır. Yenə də ümid etmək istəyirəm ki, iqtidar bu mitinqə maneçilik törətməyəcək və biz də Qarabağın adına layiq mitinq təşkil edəcəyik”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Əvvəlki yazı

Arxeoloji tapıntı hər kəsi şoka saldı

Sonrakı yazı

Kapitalizm dünyasında hegemon kimdir – solçular, yoxsa sağçılar?

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.