13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qazax Dövlət Sosial-İqtisadi Kollecində müthiş saxtakarlıq

24 İyun 2020, 13:20
Gündəm, Sosial
A A
Qazax Dövlət Sosial-İqtisadi Kollecində müthiş saxtakarlıq

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin sabiq tədris işləri üzrə direktor müavini Nicat Göyüşov facebook profilində Kollecdəki özbaşınalıqlar barədə açıqlama yayıb. Reportyor.info qeyd olunan ciddi qanun pozuntusunu  olduğu kimi verir. Nicat Göyüşov bildirir ki,”Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində işlədiyim vaxt tədris işləri üzrə direktor müavininin təsdiqləməli olduğu bütün fənn jurnallarını öz imzamla təsdiqlədim və mümkün dəyişmə hallarının qarşısını almaq məqsədilə jurnal vərəqlərinin hər birinə tədris hissəsinin möhürü vuruldu. Yəni, artıq kimsə gizlincə jurnalı dəyişə bilməzdi. Deməli həmin vaxtlar, yəni 2017/2018-ci tədris ilində əvvəlki ab-havanın olacağını düşünən tələbələrin bir qismi dərsə ümumiyyətlə gəlmirdi. Buna görə də tez bir zamanda davamiyyətə görə verilən limiti aşdılar və imtahan sessiyası zamanı heç bir fəndən imtahana buraxılmadılar. Təkcə həmin sessiyada ən azı 4-5 fəndən kəsləri yarandı. Bunların içərisində sonuncu kursda təhsil alanlar da vardı. İndi aldığım məlumata görə, həmin tələbələr imtahanlarda əziyyət çəkərək bal toplayan qrup yoldaşları ilə birgə diplom alıblar. Bəs necə olub ki, onlar bu qədər kəsri qısa zamanda bağlaya biliblər? Axı onlar heç imtahana buraxılmırdı, qiyməti necə alıblar? Bunun üçün onlar alt və ya şərti qruplarda kəsildildikləri fənləri dinləməli, kredit toplamalı idilər, amma belə bir hal olmayıb. Olsaydı belə, həmin tələbələrin əksəriyyəti vaxtında diplom ala bilməzdi, ən azı bir il geri düşərdi. Bəs onların vaxtında diplom alması necə mümkün olub? Həmin tələbələrə yazığı gəlmiş olmalıdır ki, direktor dərsə gəlməyən və limiti keçdiyi üçün imtahana buraxılmayıb, kəsrə qalan bu gənclərdən ötrü jurnalın dəyişdirilməsinə imkan yaradıb. Sonra da birbaşa qiymətləri yazılıb və adları diplom alanların siyahısına salınıb. Hələ bir az da irəli gedərək dəyişdirilən jurnallara mənim imzamın eynisini çəkiblər. Axı jurnal dəyişsə də, o vaxtın tədris işləri üzrə direktor müavininin imzası ilə təsdiqlənməlidir. Bax, nə qanunsuzluq edirsiniz özünüz və aidiyyatı orqanları bilər, yaxşı, imzamın eynisini dəyişdirdiyiniz jurnala çəkərək məni niyə çirkin işlərinizə ortaq etməyə çalışırsınız? Bu Təhsil Nazirliyini aldadaraq SAXTA diplom verilməsi deməkdir və jurnal dövlət sənədi olduğu üçün onun belə dəyişdirilməsi ciddi qanunsuzluqdur. Ona görə də, aidiyyatı orqanlardan şahidlərdən aldığım bu məlumatın doğru olub-olmadığının araşdırılması və təsdiqini taparsa, qanuni addım atılması üçün köməklik göstərmələrini xahiş edirəm. Onu da deyim ki, həmin imtahan sessiyasında imtahan cədvəllərinin (vedemostların) sürətini çıxardığım üçün hansı tələbələrin davamiyyət limitini aşdığına görə bütün fənlərdən imtahana buraxılmadığının siyahısı məndə də var, araşdırma başladılarsa, ehtiyac yaranarsa, təqdim edə bilərəm”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əvvəlki yazı

Daha 2 neftçinin cəsədi tapıldı

Sonrakı yazı

Başçının xanımı və müavini də koronaya yoluxdu

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.