“Qarabağ”ın matçı: 30 min bayraq

18 Oktyabr 2019 - 16:41
109 oxunma

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-lə Bakıda keçiriləcək görüşdə növbəti dəfə bayraq aksiyası təşkil edəcək.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrarimov  Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. O, bununla bağlı UEFA-ya müraciət etdiklərini deyib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün 30 min Azərbaycan bayrağı sifariş verilib. Bayraqlar oyun günü tribunalara düzüləcək.

 Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” – APOEL görüşü saat 20:55-də başlayacaq.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"