Qarabağ qazisinin bəyanatı:Bizim çeçen və türk xalqları arasında qırılmaz bağlarımız var

18 Fevral 2019 - 00:15
385 oxunma

 

Qarabağ qazisi, 20 yanvar əlili, Azərbaycanın və Çeçenistanın fəxri Arif Məhərrəmov Moskvada soydaşlarımızla çeçenlər arasında baş verən davadan təəssüflənərək, xalqlarımızı barışığa səsləyəcək bəyanat vermişdi. Çeçenistanın Milli Qəhrəmanı və paytaxt Qroznının ilk fəxri vətəndaşı adını alan igid döyüşçü Arif Məhərrəmov onun bəyanatına səs verənlərə minnətdarlıq edib, Rusiyada yaşayan peşəkar jurnalistimiz Fuad Abbasovun əməyini yüksək qiymətləndirib. O, həmçinin Azərbaycan, çeçen və türk xalqlarının qardaş olduğunu, heç zaman da ayrılmayacağını dilə gətirib.

 

Arif Məhərrəmov ölkəmizin adını dünyada layiqincə təmsil edən, dünya çempionumuz, Zabit Səmədova da dərin minnətdarlığını bildirib. Qeyd edək ki, Arif Məhərrəmov bütün bunları bəyanatdan sonrakı video müraciətində deyib.

Mehman Nəbiyev

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"