13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qarabağ döyüşçüsü olan polkovnik intihara cəhd etdi: Bakı Apellyasiya Məhkəməsini kriminallar yönəldir?

08 Oktyabr 2019, 09:35
Cəmiyyət
A A
Qarabağ döyüşçüsü olan polkovnik intihara cəhd etdi: Bakı Apellyasiya Məhkəməsini kriminallar yönəldir?

 

Bir neçə gün öncə pktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsi qarşısında insident baş verib. Bu məhkəmədə işinə baxılan Səfərov Rövşən Rafiq oğlu çıxarılan qərara etiraz olaraq məhkəmə önündə bədəninə xəsarət yetirərək intihara cəhd edib. Bildirək ki, R.Səfərov ehtiyyatda olan polkovnikdik, Qarabağ müharibəsi iştirakçısıdır. Baş vermiş hadisə və Qarabağ döyüşçüsü olan polkovnikin şikayəti ilə bağlı cumhuriyyet.az olaraq araşdırma apardıq. Araşdırmamız zamanı məlum olmuşdur ki, R.Səfərov qeyri qanuni yolla onun əlindən alınmış evləri ilə bağlı iddia qaldırmış və bu iddia Binəqədi rayon Məhkəməsi tərəfindən təmin edilsə də sonradan Bakı Apellyasiya Məhkəməsinin müəmmalı mövqeyi ortaya çıxmışdır.
Məsələnin təfərrütı olaraq bildirək ki iddiaçı Səfərov Rövşən Rafiq oğlu cavabdeh Vəkilova Zemfira Dursun qızı ilə 15.01.2005-ci ildə rəsmi nikah bağlayıb ailə qurmuş və nikahları akt qeydleri kitabında 15 yanvar 2005-ci il tarixində 132 nomrə ilə qeyd edilmişdir. Ailə qurarkən Z.Vəkilovanın 04.12.2001-ci il təvəllüdlü Ramin adlı bir oğlu olub. Rövşən Səfərob bu uşağa öz soyadını vermiş və ona oğlu kimi baxmışdır. Birgə nikah dövündə yalnız Səfərov Rövşən Rafiq oğlu işləyərək ailəni saxlamış, cavabdeh Vəkilova Zemfira Dursun qızı isə ev işləri ilə məşğul olmuşdur. Birgə nikah dövründə o, 2006-ci ildə bağışlama yolu ilə Bakı səhəri,Binəqədi rayonu, Azadliq prospekdi, 189 sayli evin 26 saylı mənzilini, 2013-cü ildə cavabdehin adına rəsmiləşdirilmiş Baki səhəri, yasamal rayonu, Parlament prospekdi, 6 saylı evin 14 saylı məzilini və həmin ildə cavabdehin adına rəsmileşdirilmiş Baki səhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilini əldə etmişdir. 2014-cü ildə səhhetində problemlər yarandığına görə bir müddət fasilələrlə Gürcüstan Respublikasında yaşamışdır. Həmin müddət ərzində ailenin saxlanılması üçün zəruri olan pul vəsaitini onun pensiya kartından cıxarmaq üçün arvadı Vəkilova Zemfira Dursun qızının adına 13 noyabr 2014-cü il tarixində Tbilisi şəhərinin notariusu Nino Şoiaşvilinin notariat bürosunda etibar namə verilmişdir ki, zərurət yarandıqca həmin etibarnamə vasitəsilə Bakı şəhərində onun pensiyasını alsın. Bu qayda ilə Vəkilova Zemfira Dursun qızı bir neçə dəfə onun pensiyasını almışdır. Bir müddət sonra səhhəti bərpa həmin etibarnaməni cırıb atdığını bildirmişdir.Artıq pensiyada olduğu və əvvəlki qaydada qazanc gətirə bilmədiyinə görə arvadının onunla münasibətləri gərginləşmiş,bu zaman aralarında mütamadi olaraq münaqişə olmuş, 2018-ci ilin may ayınin sonlarına yaxın arvadından nikah şəhadətnaməsini və s. sənədləri istəmiş, 22 iyun 2018-ci il tarixdə isə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı səhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Butun bunların müqabilində cavabdehin narahat olmadığını və özünü tam arxayın apardığını görüb verdiyi etibarnamədən sui-isdifadə etməsindən süpbhələnmişdir. Odur ki, növbəti gün DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsində işləyən tanışı ilə əlaqə saxlayaraq qeyd olunan mənzillərin hüquqi vəziyyəti ilə maraqlandıqdan sonra ona məlum olmuşdur ki, onun Bakı səhərində olmasına baxmayaraq arvadı onun idarə ifadəsi olmadan etibarnamədən sui-isdifadə etmeklə, bir günün içində, yəni 31.05.2018-ci ildə oğlu Səfərov Ramiz Rövşən oğluna bağışlanmışdır.
Göstərilənlərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilinə dair Səfərov Rövşən Rafiq oğlunun adından Səfərov Ramin Rövşən oğlu arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/116 nömrə ilə qeyd edilmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Səfərov Ramin Rövşən oğlunun adına aparılmış 04.06.2018-ci il tarixli qeydiyyatın və 1118046871 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın; Bakı şəhəri Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin , 14 saylı mənzilinə dair Vəkilova Zemfira Dursun qızı ilə Səfərov Ramin Rövşən oğlu arasında bağlanaraq, Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/114 nömrə ilə qeyd edilmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Səfərov Ramin Rövşən oğlunun adına aparılmış 04.06.2018-ci il tarixli qeydiyyatın və 1118046863 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın; Bakı şəhəri Nərimanov rayonu, Əliəşrəf Əlizadəküçəsi, 42/ 9 saylı evin 68 saylımənzilinə dair Vəkilova Zemfira Dursun qızı ilə Səfərov Ramin Rövşən oğlu arasında bağlanaraq, Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/115 nömrə ilə qeyd edilmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Səfərov Ramin Rövşən oğlunun adına aparılmış 04.06.2018-ci il tarixli qeydiyyatın və 1118046878 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və göstərilən mənzillərin əvvəlki hüquqi vəziyyətə qaytarılması barədə çıxarılması ilə bağlı Binəqədi rayon məhkəməsi qarşısında iddia qaldırmışdır. Binəqədi məhkəməsi iddianı təmin edərək R.Səfərovun xeyrinə qərar çıxarmışdır. Ancaq qarşı tərəf bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət etmiş və bununla da kifayətməhkəməyərək R.Səfərova müxtəlif yollarla təzyiq və təsirlər göstərmişdir. R.Səfəov bildirir ki, bu dövrdə özünü kriminal aləmin adamları kimi təqdim edən şəxslər onunla görüşmüş, onu hətta ölümlə hədələyərək evlərdən əl çəkməsini tələb etmişlər. Həmin şəxslər Rusiyada olan “qardaşlar”ın “əllərinin uzun olduğunu” bildirərək Bakı Apellyasiya Məhkəməsindən lazımi qərarı alacaqlarını deyiblər. Maraqlıdır ki, doğurdan da Bakı Apellyasiya Məhkəməsi Binəqədi məhkəməsinin qərarını ləğv edir. Bunun ardınca R.Səfərov Bakı Apellyasiya Məhkəməsinin qərarından ali Məhkəməyə şikayət edir. Həmin dövrdə məlum şəxslərin təzyiqləri daha da artır. Əlacsız qalan R.Səfərov hüquq mühafizə orqanlarına müraciət edir və tu şəxslər saxlanılır. Eyni zamanda Ali Məhkəmə Rövşən Səfərovun xeyrinə qərar çıxarır və qərarında Bakı Apellyasiya Məhkəməsinin qərarındakı qanunsuzluqları açıq şəkildə göstərir. Qarşı tərəf bu dəfə də yenidən Bakı Apellyasiya Məhkəməsinə müraciət edir və maraqlıdır ki, yenidən eyni qərar çıxarır. Hətta qərardan sonra Rövşən Səfərova qeyri rəsmi yollarla xəbər göndərilir ki, bu iş Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin şəxsi nəzarətindədir və başqa qərara ümid etməsin. Qarabağ uğrunda döyüşlərdə iştirak edən, Silahlı Qüvvələrdə nümunəvi xidmət keçən polkovnik öz dövlətinə inamını itirməyib. O heç cür inanmır ki, kriminal aləmə aid şəxslər Bakı Apellyasiya Məhkəməsini belə əldə saxlaya bilərlər.

Mövzunu diqqətdə saxlayacağıq. Yaxın günlərdə Rövşən Səfərovla geniş müsahibəni diqqətinizə çatdıracayıq.

Əvvəlki yazı

Türk əsilli bir kəndin şəhidləri və tarixi – Hərzaman vətən üçün mübarizə aparanlar

Sonrakı yazı

Millət vəkili Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri E.Basitxanova və bu ölkənin fəal qadınları ilə Qarabağdan danışıb

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.