16-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qarabağ: “ərazi mübadiləsi” gündəmə qayıdır?

28 Fevral 2019, 10:55
Manşet
A A
Qarabağ: “ərazi mübadiləsi” gündəmə qayıdır?

“Unudulmuş köhnə” təzə qismində; Paşinyan dönəmində də danışıqlar iflas olarsa…;  Azərbaycan ordusu ərazi bütövlüyümüzü bərpa etməyə tam hazırdır – düşmənə savaş ismarışı…

Ermənistanda inqilab nəticəsində hakimiyyətə gələn yeni hökumət də hələ ki Qarabağ məsələsində konstruktiv mövqe sərgiləməyib. Ötən 10 ayda baş nazir Nikol Paşinyan ara-sıra hətta sələflərindən daha radikal və absurd yanaşma ortaya qoyur, Dağlıq Qarabağdakı separatçıları müstəqil tərəf kimi birbaşa danışıqlara qoşmağa cəhd edir – hansını ki, heç ATƏT-in Minsk Qrupunun ermənipərəst həmsədrləri də məqbul saymırlar, o ki ola rəsmi Bakı. Vasitəçilər bölgəyə budəfəki səfər zamanı isə ümumiyyətlə, Xankəndinə baş çəkmədilər.

Nizamlama prosesi ətrafındakı qeyri-müəyyənlik fonunda bu arada Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünə hazırlıq getdiyi barədə məlumat yayılıb. Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva bildirib ki, Dağlıq Qarabağ məsələsinin həllinə dair Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gündəmdədir. O, bu məsələnin ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona axırıncı səfəri zamanı da müzakirə olunduğunu bildirib. “Görüşün dəqiq yeri və tarixi isə hələlik təyin olunmayıb”, – deyə o, əlavə edib.

*****

Qeyd edək ki, XİN başçılarının Azərbaycan və Ermənistan rəhbərlərinin ilk rəsmi görüşünü hazırlaması barədə də xəbərlər yayılmışdı. Ancaq rəsmi İrəvan danışıqları irəli aparmaq istəyi ilə bir araya sığmayan mövqe sərgiləyirsə, Ermənistanda “bir qarşı torpaq da qaytarıla bilməz” xəstə eyforiyası hökm sürürsə, ermənilər “hərbi qələbə”dən hələ də məst kimidirlərsə, üstəlik, Paşinyan bu eyforiyanı azaltmaq, ölkəni ağır blokada rejimindən çıxarmaq üçün tədbirlər tökmək əvəzinə eyforiyanı daha da körükləyirsə, belə bir görüşdən nəticə gözləməyə, danışıq xətrinə danışıq aparıb şəkil çəkməyə lüzum qalırmı? Sual ritorikdir.

Məsələ də ondadır ki, müharibə hələ bitməyib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, müharibənin yalnız birinci mərhələsi başa çatıb. Onu da bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt izn verməyəcək, bunu gözləyənlər boşuna gözləyirlər. Qarabağ ermənilərinə isə ən yüksək muxtariyyət verilə bilər.

“Laçın dəhlizi” ile ilgili görsel sonucu

Azərbaycan həmçinin müasir və bahalı döyüş sistemlərini uzun müddət vitrində saxlamaq və ya hərbi paradlarda nümayiş etdirmək niyyətində deyil, özünün hərbi-sənaye kompleksinə milyardlar xərcləyib atəşkəsi rejiminə də sonsuz dözməyə hazırlaşmır. Dünyanın 50 ən güclü orduları sıranda yer alan Azərbaycan ordusu xüsusən də havada böyük üstünlüyə malikdir. Bu faktor isə hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilir və müharibədə qələbənin əsas amili hesab edilir.

Yəni Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa eləməyə tam hazır vəziyyətdədir. Bunu “4 günlük” aprel müharibəsi də təsdiqlədi. Ermənilər o vaxt onu da gördülər ki, zamanı yetişəndə onlara heç güvəndikləri Rusiya da lazımi dəstəyi verə bilməyəcək. Çünki artıq 90-cı illər deyil, Rusiyanın maraqları tələb edir ki, bölgədə Türkiyə və Azərbaycanla isti münasibətlər saxlasın.

Özünü Qərbə qərbpərəst kimi sırımaq istəyən Paşinyana həmin Qərbin, ABŞ-ın münasibəti də ortadadır. ABŞ Dövlət Departamentinin Suriyaya humanitar missiya göndərdiyi üçün İrəvana ünvanlandığı sərt bəyanatı, Ermənistan XİN başçısının Amerika səfərinin ləğvini yada salmaq yetər.

*****

Əfsus ki, son gəlişmələr fonunda da erməni tərəfi, bütövlükdə erməni toplumu eyforiyadan çıxıb reallığa ayıq gözlə baxmaq istəmir. Bunun təzahürüdür ki, dünən İrəvanda hətta “Azərbaycana bir qarış da torpaq verməyəcəyik!” şüarı ilə aksiya keçirilib. Bu da o anlama gəlir ki, konfliktin hərb yolu ilə həlli qaçılmaz olacaq.

Minsk Qrupu 2019 ile ilgili görsel sonucu

Erməni politoloq Andrias Qukasyan isə iddia edib ki, Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qarşılığında Azərbaycana bəzi rayonların qaytarılmasını nəzərdə tutan “ərazi mübadiləsi” variantı təklif edilir. Guya Bakıya öz torpaqlarını öz torpaqlarına dəyişmək təklifi hazırlanır. Yəni “ac toyuğun yuxuda darı görməsi” məsələsi.

Əlbəttə ki, belə variant istisnadır. Çünki Bakının Qarabağ məsələsində mövqeyi bəlli. Onu qısa şəkildə yuxarıda izhar elədik. Bu mənada həmsədrlər də özlərini gülünc yerə qoyub Azərbaycana belə bir təklifi yüz faiz etməzlər. Vasitəçilər onu da yaxşı bilirlər ki, problem dinc yolla yalnız “torpaq əvəzinə sülh” formulu ilə yoluna qoyula bilər, “torpaq əvəzinə torpaq (Qarabağ)” formulu ilə yox! Əks halda, müharibə labüddür. Demək, seçim yenə işğalçı tərəfindir, Azərbaycanın yox. Ermənistan sülh istəsə, sülhü, müharibə istəyəcəksə, müharibəni alacaq.

“Laçın dəhlizi” ile ilgili görsel sonucu

Coğrafi anlamda ərazi mübadiləsi variantı isə ötən əsrin 90-cı illərinin sonunda ABŞ-ın vasitəçiliyi ilə ortaya atılmışdı. O zaman münaqişənin həlli Dağlıq Qarabağın “Laçın dəhlizi” ilə birlikdə Ermənistana verilməsi əvəzində Mehri rayonunun Azərbaycana birləşdirilməsi və beləliklə, Naxçıvana da quru yolun təmin olunması təklif edilirdi. Oxşar planı tanınmış amerikalı politoloq Pol Qobl da irəli sürmüşdü. Ona görə onu “Qobl planı” da adlandırırlar. Həmin plan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləbaran edilməsi ilə gündəmdən çıxdı. Çünki Moskva konfliktin hər hansı formada həllində maraqlı deyildi. Hərçənd Bakı və İrəvan bu varianta rəsmi razılıq verməmişdilər.

*****

Minsk Qrupu 2019 ile ilgili görsel sonucu

Bəzi ekspertlərə görə, həmsədrlər, daha doğrusu, münaqişənin həllini Rusiyadan daha çox arzu edən ABŞ “unudulmuş köhnə”ni “Qobl planı”nı yeni kimi tərəflərə təqdim edə bilər – təbii ki, Qukasyanın sərsəmləməsi şəklində yox. Hətta bu yöndə ABŞ tərəfinin müəyyən ilkin hazırlıqlar içində olması haqda fikirlər səslənir.

İstənilən halda, bir şey dəqiqdir ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək. Bu da o deməkdir ki, əgər danışıqlar Paşinyan dönəmində də iflas olarsa, hərb variantı bütün ciddiliyi ilə gündəmə gələcək. Müharibə isə ən əvvəl Ermənistan üçün fəlakət olacaq, faktiki, onun üçün “cəhənnəmə bir istiqamətli bilet almaq” anlamı daşıyacaq…

“Yeni Müsavat”ın

analitik xidməti

Əvvəlki yazı

Kaspşik Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndə təyin edildi – 23-cü dəfə

Sonrakı yazı

Şəmkirin icra başçısının rüşvət tələbi əhalini təngə gətirib

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.