Qar uçqununda həlak olan hərbçimizin nəşi Qazaxa aparılıb

14 Aprel 2019 - 12:15
123 oxunma

Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb.

Ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin – H.Abdullayevin nəşi tapılıb.

Bu gün onun nəşi doğulduğu Qazax rayon Yuxarı Salahlı kəndinə aparılıb. H.Abdullayevin dəfnində şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edir. O, kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"