Səudiyyə Ərəbistanı polisi və Həcc ziyarətinə nəzarət edən əsgərlər qanunsuz yolla hacı olmaq istəyən 25 nəfəri saxlayıb.
Reportyor.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı polisindən açıqlama verilib. Bildirilib ki, Həcc ziyarətini yerinə yetirmək üçün Məkkədə olan zəvvarlar səhər saatlarında Müzdəlifədən Mina dağına şeytan daşlamağa yollanıblar.