12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin 101-ci ildönümü keçirilib

13 Sentyabr 2019, 20:47
Cəmiyyət
A A
Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin 101-ci ildönümü keçirilib

Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə “Azərbaycan – Türkiyə münasibətlərinin inkişafında və türk dünyasının güclənməsində aydınların rolu” adlı tədbir keçirilib.

Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə “Azərbaycan – Türkiyə münasibətlərinin inkişafında və türk dünyasının güclənməsində aydınların rolu” adlı “Dəyirmi masa” təşkil edilib. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı və qardaş Türkiyədən gəlmiş bir qrup yazarın qatıldığı tədbir Atatürk Mərkəzində baş tutub. Tədbiri Atatürk Mərkəzinin şöbə müdürü Əkbər Qoşalı açıq elan edərək, Bakının daşnak-bolşevik işğalından qurtulmasının 101-ci ildönümü ərəfəsində gənclərin, yazarların, fərqli sahələri təmsil edən mötəbər aydınların iştirakı ilə müzakirələrin aparılmasının təqdirəlayiq hal olduğunu deyib, 101 il öncə baş vermiş tarixi hadisənin bütün türk dünyasına sirayət edən məziyyətlərindən danışıb. Daha sonra millət vəkili Qənirə Paşayeva tədbir iştirakçılarını salamlayaraq, Bakının işğaldan azad edilməsini böyük tarixi hadisə olaraq xarakterizə edib, bu hadisənin xalqımızın tarixində mühüm rol oynadığını vurğulayıb. Millət vəkili Q.Paşayeva Nuri Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusununu daim ehtiramla xatırlandığını qeyd edib: “Yalnız Azərbaycan və Türkiyə deyil, ümumən türk dünyası olaraq, gələcəyə daha güclü şəkildə addımlamağımız üçün aydınlar arasında əlaqələr əməkdaşlığa dönüşməli, dərinləşməlidir. Qardaş ölkələr arasında özəlliklə yazarlar, QHT-lər, media quruluşları, nəşriyyatlar səviyyəsində əməkdaşlığın önəmi danılmazdır. XIX yüzilliyiN sonları, XX yüzilliyin əvvəllərində Kazanda, İstanbulda, Bakıda yaşayıb-yaradan aydınlar arasında güclü əlaqələr olub; o dövr aydınlarının əməkdaşlığı bu gün üçün də örnəkdir və bu örnəyin çağdaş dövrdə də davam etdirilməsi mənəvi borcumuzdur. Mən gənclərimizin türk dünyasının görkəmli şəxsiyyətləri və onların fikirləri ilə, eyni zamanda, çağdaş ədəbi örnəklərlə daha genişplanlı tanışlığa çağırıram; belə tanışlıqlar sevgimizi, bilgimizi, beləliklə də, birliyimizi gücləndirəcək və şüurlu, peşəkar yanaşmalar formalaşdıracaqdır.” Daha sonra Türkiyədən gəlmiş qonaqlar çıxış etdi. “Türkiyə” qəzetinin yazarı Məryəm Aybikə Sinan, Əhməd Yasəvi Vəqfinin başqanı Fatma Sönməz, “Ötükən” nəşriyyatının başçısı Ayşəgül Büşra Çalık səslənən fikirlərə, təkliflərə münasibət bildirib, Azərbaycana səfər təəssüratlarını bölüşüb. Məryəm Aybikə Sinan öz çıxışında Bakıda ikinci dəfə olmaqdan məmnunluğunu bildirdi. “Türkiyə” qəzetinin hər zaman türk dünyası ədəbiyyatına, ortaq dəyərlərə və tarixi şəxsiyyətlərimizə geniş yer verdiyini vurğuladı. Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin həyatı ilə bağlı əsərin tezliklə oxuculara təqdim olunacağını qeyd edib. Respublikamıza ilk dəfə gələn Ayşegül Büşra Çalık Azərbaycandan olan yazarlarla görüşməyə, əçəkdaşlıq imkanlarına görə şad olduğunu bildirib. Ayşegül Büşra Çalık “Ötükən” nəşriyyatının fəaliyyəti barədə ətraflı bilgi verib. Qeyd edib ki, böyük gələnəyi olan nəşriyyat, türk dünyası yazarlarının əsərlərininə həmişə böyük önəm verib. İki ölkə arasında nəşriyyatlarla, yazarlarla əməkdaşlığa hazır olduğunu bildirən “Ötükən” başqanı, Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanıma yazdığı məktubları çap etməkdən sevinc duyduğunu dedi və bir neçə orijinal məktubu Azərbaycana gətirdiyini deyib. Və bu nəcib təşəbbüsə görə, millət vəkili Qənirə Paşayeva təşəkkür edərək, bildirib ki, məktubların muzeyə təhvil verilməsi, onların daha geniş auditoriyaya təqdimatına imkan yaradacaq. Daha sonra “Vektor” nəşriyyatının qurucu-başqanı prof.dr. Elçin İsgəndərzadə, “Olaylar” qəzetinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuz, ATXƏM-in İcraçı katibi, “Birlik” jurnalının redaktoru İlqar İlkin, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, şair Oktay Zəngilanlı, AYB Mətbuat Xidmətinin rəhbəri, İLESAM-ın Azərbaycan təmsilçisi Xəyal Rza və digər çıxışçılar iki qardaş ölkə arasında əməkdaşlığın vacib məqamlarına toxunub. Tədbir maraqlı fikir mübadiləsi və müzakirələrlə yadda keçib. Sonda millət vəkili Qənirə Paşayeva Türkiyəli aydınlara qiymətli xatirə hədiyyələri təqdim edib.

Əvvəlki yazı

Nazirin əmri: piyadalar cərimələnməyəcək

Sonrakı yazı

Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin 1 bareli 55 dollar müəyyən olunub –Maliyyə Nazirliyi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.