14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Q.Paşayeva Fərqanə vilayətində, Margilan şəhərində Azərbaycan həqiqətləri ilə bağlı geniş məruzə ilə çıxış edib

06 Oktyabr 2019, 16:21
Cəmiyyət
A A
Q.Paşayeva Fərqanə vilayətində, Margilan şəhərində Azərbaycan həqiqətləri ilə bağlı geniş məruzə ilə çıxış edib

Özbəkistanın ən böyük vilayəti Fərqanə vilayətində Margilan şəhərində Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair tədbir və millət vəkili Q.Paşayevanın Özbəkistanda çıxmış kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Fərqanə vilayəti, Margilan şəhər hakimiyyətinin nümayəndələri, təhsil, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər. Tədbirdə giriş sözü ilə Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri Enaxon Suddikova açaraq  iki xalq arasında ədəbi-mədəni əlaqələr sahəsində əməkdaşlığın inkişaf etdiyini, bu istiqamətdə görülən işlərdən söhbət açıb. Natiq Azərbaycan ziyalılarının, yazıçı və şairlərinin Özbəkistana hər bir səfərinin maraqlı olduğunu və əməkdaşlıq üçün yeni imkanlar aşdığını söyləyib və bu mənada millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın Fərqanə vilayətinə, Margilan şəhərinə səfəri, keçirdiyi görüşləri və müəllifi olduğu kitabın Margilanda, Fərqanədə təqdimatının keçirilməsini yüksək qiymətləndirib və iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətinə görə millət vəkili Q.Paşayevaya rəhbərlik etdiyi qurum adından təşəkkürnamə təqdim edib. Millət vəkili Q. Paşayeva tədbirdə Azərbaycan həqiqətləri, Azərbaycan-Özbəkistan münasibətləri və Qarabağ problemi ilə bağlı geniş məruzə ilə çıxış edib. Özbəkistanda özünü Azərbaycandakı kimi hiss etdiyini, özbək xalqını çox sevdiyini bildirən Q.Paşayeva Azərbaycan-Özbəkistan qardaş münasibətlərindən danışmış, ədəbi əlaqələrin daha da dərinləşdirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsinin reallaşdırılması məsələlərinə toxunub. Millət vəkili qeyd edib ki, Margilan şəhəri ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşmış şəhərlər layihəsinin həyata keçirilməsi, regionlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi olduqca zəruri məsələlərdəndir. O, Özbəkistanda özbək dilində kitabının nəşr olunmasından məmnunluq hissi keçirdiyini deyib və əməyi keçənlərə təşəkkürünü bildirib. Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyən millət vəkili Q.Paşayeva məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır deyib. Millət vəkili Q.Paşayeva eyni zamanda ermənilərin Özbəkistanda törətdiyi dəhşətli faciələr haqqında da geniş danışıb, ermənilərin həm Azərbaycanda, həm də Özbəkistanda törətdyi faciələri hər bir insanımız yaxşı bilməlidir və gənc nəsillərimizə tariximizi yaxşı öyrətməliyik deyib.. Millət vəkili Q.Paşayeva qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib. Tədbirdə çıxış edən Fərqanə vilayət hakiminin müavini Feyzulla Kasimov ölkələrimizin regionları arasında əlaqələrin yaradılması və inkişafından danışıb və bu əməkdaşlığın daha geniş inkişafı üçün bütün istiqamətlərdə böyük imkanlar olduğunu deyib. Fərqanə vilayət hakiminin müavini Feyzulla Kasimov və Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri Enaxon Suddikova millət vəkili Q.Paşayeva Fərqanəyə, Margilana səfəri, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı üçün fəaliyyətinə görə təşəkkürünü bildiriblər və Özbəkistan tarixinə aid materialları, təşəkkürnaməni ona təqdim ediblər. Millət vəkili Qənirə Paşayeva da Fərqanə vilayət hakiminin müavini Feyzulla Kasimov və Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri Enaxon Suddikovaya Azərbaycan mədəniyyətini və tarixini özündə əks etdirən hədiyyələri təqdim edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəni əlaqələrdən danışıb, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin layihələri haqqında danışaraq, görülən işlərin öz uğurlu nəticəsini verdiyini qeyd edib. Özbəkistanın “Kitob dunyasi” qəzetinin Baş redaktoru, şair Xasiyyət Rüstəm, Özbəkistanın tanınmış şair, yazar, alimləri çıxış edərək hər iki ölkənin gəncləri, yaradıcı şəxsləri arasında əlaqələrin genişləndirilməsi, birgə konfransların, təqdimatların, poeziya gecələrinin təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması və s. məsələlərə dair fikirlər söyləmiş, regionlar arasında əməkdaşlığa dair potensialın daha böyük olduğunu və mövcud imkanlardan istifadə edərək əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu söyləyiblər.

Tədbirdə bədii proqramda Margilan gəncləri iki ölkə dostluğuna, millət vəkili Qənirə Paşayevanın şeirlərindən ibarət hazırladıqları ədəbi kompozisiyalar təqdim edilmiş, Özbəkistan Milli Konservatoriyasının solistləri Ümidə Abdurazakova və Erkin Adilov hazırladığı musiqilər təqdim olunmuş, millət vəkili Qənirə Paşayevanın şeirləri əsasında bəstələnmiş mahnılar ifa etmişlər. Tədbirdən sonra millət vəkili Q.Paşayeva Fərqanə, Margilan  rəhbərliyi ilə görüşüb, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi təklifi ilə çıxış edib. Onun təklifi bölgə rəsmiləri tərəfindən müsbət qarşılanıb, dəstəklənib və bu istiqamətdə dafa fəal çalışmaların aparılacağı vurğulanıb.  Millət vəkili Q.Paşayeva eyni zamanda Fərqanə vilayətinin, Margilan şəhərinin   fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti Margilan şəhərindəki  Yaradıcılar parkında olub, Xalq şairi, ictimai xadim, Özbəkistan qəhrəmanı Erkin Vahidovun buradakı abidəsi önünə gül-çiçək dəstələri qoyub. Azərbaycandan gələn qonaqlar parkdakı “Erkin Vahidov” muzeyi, sonra Erkin Vahidov adına Yaradıcılıq məktəbi ilə tanış olublar. Məlumat verilib ki, məktəbdə yaradıcılıq qabiliyyəti olan uşaqlar 5-ci sinifdən 11-ci sinfədək təhsil alır və Məktəbdə müasir inovasiyalar, maraqlı tədris üsulları tədbiq edilir.

Əvvəlki yazı

Hafiz Hacıyev: “Rafael Cəbrayılovun anası, atası, arvadı ermənidir”

Sonrakı yazı

Elinanın intiharı ilə bağlı işdən çıxarılan psixoloqdan sensasiyalı müsahibə (VİDEO)

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.